Ötən il 26 polis əməkdaşı xidmətdən xaric olunub – 40-ı isə vəzifədən azad edilib

741 5-03-2018, 15:21 cemiyyet / gundem

Ötən il 26 polis əməkdaşı xidmətdən xaric olunub – 40-ı isə vəzifədən azad edilibÖtən il cəzalandırılan polis əməkdaşlarının sayı açıqlanıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilir ki, ötən il daxili nəzarət çərçivəsində aşkarlanmış 312 fakt üzrə 414 əməkdaş intizam qaydasında cəzalandırılıb. Onlardan 26-sı daxili işlər orqanlarında xidmətdən xaric olunub, 40-ı tutduğu vəzifədən azad edilib, 348 əməkdaş barəsində isə digər tənbeh tədbirləri görülüb.

Xeberdar.net

XƏBƏR LENTİ