ABŞ-ın Türkiyədəki səfirliyinə hücum hazırlayan 4 nəfər tutulubTerrorçu İŞİD qruplaşmasının üzvləridir

721 5-03-2018, 16:43 dunya / gundem

ABŞ-ın Türkiyədəki səfirliyinə hücum hazırlayan 4 nəfər tutulubTerrorçu İŞİD qruplaşmasının üzvləridir
Türkiyənin Samsun şəhərində ABŞ-ın Ankaradakı səfirliyinə hücum hazırlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, onların terrorçu İŞİD qruplaşmasının üzvü olduqları iddia edilir.

Məlumata görə, onlar İraq vətəndaşlarıdır. Qeyd edək ki, martın 5-də ABŞ-ın Türkiyədəki səfirliyinin terror təhlükəsi ilə bağlı yaydığı xəbərdarlıqdan sonra Ankarada İŞİD terrorçularına qarşı əməliyyat keçirilib və 12 nəfər tutulub. Bildirilib ki, 20 şübhəlinin tutulması istiqamətində əməliyyat keçirilib. Onlardan 12-si tutulub. Aniterror əməliyyatı davam edir.

Xatırladaq ki, martın 5-də ABŞ-ın Ankaradakı səfirliyi fəaliyyətini bir günlüyə dayandırıb. Bu addımın təhlükəsizlik məqsədilə atıldığı bildirilib.

XƏBƏR LENTİ