ABŞ-ın Ankaradakı səfirliyi qeyri-müəyyən müddətə qapadıldı:"Terror təhlükəsi hələ də qalır..."

689 5-03-2018, 22:35 gundem

ABŞ-ın Ankaradakı səfirliyi qeyri-müəyyən müddətə qapadıldı:"Terror təhlükəsi hələ də qalır..."
Xəbər verdiyimiz kimi, dünən axşamdan ABŞ Türkiyənin paytaxtı Ankaradakı səfirliyini bağlayıb.

Strateq.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, rəsmi Vaşinqton bunu təhlükəsizlik səbəbi ilə əlaqələndirib və bildirmişdi ki, qərar bir günlükdür və sabah səfirlik xalq üçün açılacaq.

Lakin aydın olub ki, səfirlik sabah da qapalı fəaliyyət göstərəcək.

Bu barədə səfirlik bəyanat yayıb.

Bildirilib ki, təhlükəsizlik səbəbi ilə səfirlik sabah da bağlı olacaq: "Təhlükəsizlik təhdidi səbəbindən səfirlik sabah da xalqa bağlı fəaliyyət göstərəcək. Diplomatik missiyanın nə vaxt açılacağı haqda xalqa məlumat veriləcək".

Onu da qeyd edək ki, Vaşinqtonun terror təhlükəsi ilə bağlı bu qərarından sonra rəsmi Ankara hərəkətə keçib.

Türkiyə polisi bu gün səhərdən etibarən şəhərdə İŞİD şübhəlilərinə qarşı əməliyyata başlayıb: "20 şübhəli haqda həbs qərarı çıxarılıb, onlardan 12-si yaxalanıb".

Ankara valiliyindən verilən məlumata görə, ABŞ səfirliyi və bu ölkənin Türkiyədə olan bütün vətəndaşları ilə bağlı təhlükəsizlik tədbirləri artırılıb: "Kəşfiyyat qurumlarımız ABŞ qaynaqlarından daxil olan məlumat əsasında səfirlik və Amerika vətəndaşlarının olduğu yerlərə qarşı ehtimal olunan terror təhlükəsinə yönəlik tədbirləri gücləndirib. Bütün nöqtələr bir daha diqqətlə nəzərdən keçirilib, əlavə təhlükəsizlik tədbirləri alınıb".

XƏBƏR LENTİ