ABŞ ordusu Pakistan taliblərinin əsas rəhbərlərindən birini məhv edib

748 8-03-2018, 22:05 gundem

ABŞ ordusu Pakistan taliblərinin əsas rəhbərlərindən birini məhv edib
ABŞ ordusunun Pakistan taliblərinin düşərgəsinə endirdiyi zərbə nəticəsində onlarla terrorçu məhv edilib.

“Report” xarici mətbuata istinadla xəbər verir ki, öldürülənlər arasında “Tehriki-i-taliban Pakistan” (Pakistanın Taliban hərəkatı – red) terror təşkilatının rəhbərinin oğlu Mulla Fəzlulla da var.

O, “Taliban”da dördüncü dərəcəli əhəmiyyətli fiqur olub. Məlumata görə, zərbə ABŞ-ın pilotsuz aparatı tərəfindən Kunar vilayətinə endirilib. Zərbə nəticəsində 20 terrorçu öldürülüb.

Pakistan mətbuatı isə bildirib ki, öldürülənlər arasında terrorçuların daha iki regional lideri –Gül Məhəmməd və Ustan Yasin də var.

Xeberdar.net

XƏBƏR LENTİ