Nizami rayonunda qadının evi yarıldı

548 12-03-2018, 16:02 cemiyyet / gundem

Nizami rayonunda qadının evi yarıldıNizami RPİ-nin 24-cü Polis Bölməsinə mənzildən oğurluq olması barədə məlumat daxil olub.

E.Süleymanov küçəsi, ev 162-də yaşayan Nəzakət Şahlar qızı Rəşidi polis bölməsinə müraciət edərək bildirib ki, mənzilindən 11 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Zərəçəkən ərizəsində göstərib ki, oğurluq cinayəti ailə üzvləri evdə olmadığı vaxt baş verib.

Faktal əlaqədar Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Oğruların saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.(ölkə.az)

XƏBƏR LENTİ