Türkiyə XİN rəhbərinin Rusiyaya səfəri başlayır

673 13-03-2018, 07:24 dunya / gundem

Türkiyə XİN rəhbərinin Rusiyaya səfəri başlayır
Martın 13-də Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun Rusiyaya səfəri başlayır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində nazir Türkiyə- Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələlərini müzakirə edəcək, həmçinin Moskvada keçirilən turizm sərgisinə qatılacaq.

Martın 14-də M.Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulub. Daha sonra türkiyəli nazir Suriya üzrə Astana formatının XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya yola düşəcək.

XƏBƏR LENTİ