Bir gündə 5 qəza: 10 ölü, 5 yaralı

708 17-03-2018, 09:01 hadise / gundem

Bir gündə 5 qəza: 10 ölü, 5 yaralı
Respublikanın daxili işlər orqanları tərəfindən [t'n gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.


Xeberdar.net

XƏBƏR LENTİ