“Mirşahin Ağayev məni “Real TV”yə dəvət etməyib, təklif gəlsə…” –Aytəkin Alxaslıdan gözlənilməz mesaj

958 3-04-2018, 12:15 cemiyyet

“Mirşahin Ağayev məni “Real TV”yə dəvət etməyib, təklif gəlsə…” –Aytəkin Alxaslıdan gözlənilməz mesaj
Sosial şəbəkələrdə tanınmış jurnalist Aytəkin Alxaslının skuterlə qəzaya düşdüyü anın görüntüləri yayılıb. Hadisə illər öncə baş versə də, jurnalist bir anda sosial mediada müzakirə predmetinə çevrilib.

A.Alxaslı Azvision.az-a açıqlamasında saytlardan birində bölgə müxbiri işlədiyini deyib. O, buna baxmayaraq, hələ də televiziyada işləmək istədiyini bildirib. Jurnalist, həmçinin, qeyd edib ki, Mirşahin Ağayev yeni açdığı Real TV-yə onu dəvət etməyib: “Təklif gəlsə belə, nə qərar verəcəyim barədə bir söz deyə bilmərəm. Başqa işlərdə işləmək istəmirəm. Televiziyada işləmək istəyərəm, arzu heç vaxt tükənmir, özümü doğma olan kollektivdə, ANS-çilərlə bağlı kollektivdə görmək istəyərəm. Hazırda ANS-çi olaraq qalsam, daha yaxşıdır”.

Xeberdar.net

XƏBƏR LENTİ