“Hesab edin ki, biz pulsuz işləyirik, çünki...” – İmişli Mədəniyyət və Turizm idarəsinin əməkdaşları

“Hesab edin ki, biz pulsuz işləyirik, çünki...” – İmişli Mədəniyyət və Turizm idarəsinin əməkdaşları
Regional idarənin rəhbəri Elman Məmmədov şkayətçilərə konkret cavab verir: “Qonaq gəlibsə yola salmaq lazımdır.”

Bir neçə gün öcə Conflict.az-da dərc olunmuş “İmişlidə Süleyman Bəşirovdan Nazim Əzimova qalan “mədəni miras” - işçilərdən toplanan 30 manatın absurd təyinatı”- adlı məlumatda qeyd edilmişdi ki, İmişl Mədəniyyət və Turizm idarəsinin müdiri Nazim Əzimov 7 martda işçilərə aldıqları əmək haqlarından 30 manat məbləğində idarəyə verlməsi üçün qeyri – rəsmi tapşırıq verib. Mənbənin verdiyi məlumata görə N.Əzimov bu məbləğin 2018-ci ildə pambıq əkinində istifadə ediləcəyini əsas kimi göstərib. Və xatırlatmışdıq ki, İmişli Mədəniyyət və Turizm idarəsinin qarşıya qoyduğu “planı” hətta Kənd Təsərrüfatı nazirliyi belə müəyyən etmir. Ötən gün rayondakı mənbədən daxil olan məlumatda bildirlir ki, Nazim Əzimovun tələbləri bitib tükənmir.
“Hesab edin ki, biz pulsuz işləyirik, çünki...” – İmişli Mədəniyyət və Turizm idarəsinin əməkdaşları
Novruz bayramından öncədən başlayan proses bu günə qədər davam edir. Mənbə bildirir ki, İmişli MTİ-nin rəisi əməkdaşlardan ayrı – ayrı adlar altında, müxtəlif məbləğlərdə toplatdırdığı vəsaiti vermək istəməyənləri işdən azad etməklə təhdid edir. Rayon MTİ-nin əməkdaşları ilə vasitəli əlaqə zamanı məlum oldu ki, Nazim Əzimovun tələbləri ilə bağlı Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinə edilən şikayətlər də, nəticəsiz qalır. Belə ki, regional idarənin rəhbəri Elman Məmmədov şkayətçilərə konkret cavab verir: “Qonaq gəlibsə yola salmaq lazımdır.” Onu da xatırladaq ki, 2017-ci ilin yanvarın 25-dən Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Mənbə əlavə olaraq bildirdi ki, əməkdaşların əmək haqlarından ödəmələri bununla da bitmir. Real bazar qiymətləri ilə müqayisədə olduqca cüzi əmək haqqı alan İmişli MTİ-nin işçiləri Nazim Əzimovun tələbindən başqa, əlavə olaraq məcburi qaydada müxtəlif adlı qəzet və jurnallara da abunə olmaq məqsədilə vəsaitlər ödəmək məcburiyyətinədirlər. Məsələ ilə bağlı idarə əmkdaşlarından biri olduqca maraqlı fikir bildirdi: “Hesab edin ki, biz pulsuz işləyirik. Çünki Nazim Əzimovun aylıq tələbləri müqabilində bir ay çalışıb alacağımız əmək haqqından demək olar ki, əlimizdə heç nə qalmır.” Xatırladaq ki, bir neçə il öncə İmişli MTİ-nin sabiq rəisi Süleyman Bəşirov külli miqdarda dövlət əmlakını mənimsədiyi üçün əzifəsindən azad edilmiş və haqqında cinayət işi başlanmışdır. Onu da qeyd edək ki, həmin cinayət işi Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəklən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Xeberdar.net

“Hesab edin ki, biz pulsuz işləyirik, çünki...” – İmişli Mədəniyyət və Turizm idarəsinin əməkdaşları

  • 5-04-2018, 09:44
  • 624


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI