Yerevan mərkəzində səhər etirazları başlayıb

Yerevan mərkəzində səhər etirazları başlayıb
Dövlət idarə və müəssisələrinin işini təcrid etmək çərçivəsində tələbələr Ermənistan XİN və Təhsil və Elm nazirlikləri yerləşən binanın önündə toplaşıblar
Yerevanda səhər tezdən başlayan aksiyalarda etirazçılar bəzi dövlət binalarının qarşısına, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyi və Təhsil və Elm nazirlikləri yerləşən binanın önünə toplaşıblar. Onlar dövlət idarə və müəssisələrinin işini təcrid etmək istəyirlər, BBC Azərbaycancanın Yerevan müxbiri Aleksey Manvelyan deyir.

Onun sözlərinə görə, Yerevanda gecə 10 minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə elan olunub ki, bu səhər Serzh Sarkisian-ın baş nazir vəzifəsində ilk hökumət iclasının işi əngəllənsin.
Yerevan mərkəzində səhər etirazları başlayıb
Millət vəkili Nikol Paşinyan tərəfdarlarını idarələrin girişlərini bağlmağa, işçiləri "məxməri inqilaba" qoşulmağa çağırır
"Saat səhər 8-dən etirazçılar Respublika meydanında hökumət binası önünə toplaşır. Daha əvvəl bura böyük sayda xüsusi təyinatlı polis dəstələri gətirilib", BBC Azərbaycancanın müxbiri xəbər verir.

Aleksey Manvelyan deyir ki, maskalı polis əməkdaşları qol-qola girib yerə oturmuş tələbələri bir-birindən qoparıb maşınlara doldururlar.

Keçmiş prezident Serzh Sarkisian-ın baş nazirliyinə etiraz edən millət vəkili Nikol Paşinyan tərəfdarlarını idarələrin girişlərini bağlmağa, işçiləri "məxməri inqilaba" qoşulmağa çağırıb, müxbirimiz deyir.
Yerevan mərkəzində səhər etirazları başlayıb
Paytaxt polisi "inzibati xətalar törətməkdə" təqsirli bilinən onlarla gənci həbs edib
Serzh Sarkisian-ın baş nazir təyinatından sonra paytaxt Yerevanı etirazlar bürüyüb.

Paytaxt polisi "inzibati xətalar törətməkdə" təqsirli bilinən onlarla gənci həbs edib.

ABŞ Dövlət Departamenti bəyanat yayaraq hökumət orqanlarını, həm də etirazçıları maneə törətməməyə və hər hansı bir təxribatdan və ya zorakı hərəkətdən çəkinməyə çağırır./BBC/

Xeberdar.net

Yerevan mərkəzində səhər etirazları başlayıb

  • 19-04-2018, 10:48
  • 485


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi
  2. Həbsdəki icra başçısı namaza başladı – FOTO
  3. “Atəşgah Sığorta”-nın “atəşli” səyahət sığortası - Xaricdə “Covid"ə yoluxmuş xəstəyə sığorta haqqı niyə ödənilmir?
  4. Bazar gününə olan hava proqnozu açıqlanıb
  5. Prokurorluq Tofiq Yaqublu ilə bağlı məlumat yaydı:”özünü yumruqlayaraq…” – FOTO
  6. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  7. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  8. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  9. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  10. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI