Polisdən qorxub kokaini uddu və öldü

673 19-05-2018, 08:43 kriminal

Polisdən qorxub kokaini uddu və öldü
Gənc ingilis qadın maşınını polis yoxlamadan keçirəndə kokaini ağzında saxlayıb və narkotikin doza həddinin aşılmasına görə bir neçə gün sonra dünyasını dəyişib. Bu haqda “Metro” nəşri xəbər verib. Polis içində 19 yaşlı Corciya Kassidi ilə sevgilisi olan maşını saxlayıb. Qorxmuş qız narkotiki ağzında gizlədib, bunun sayəsində də polis onları saxlamayıb. Amma aradan 3 saat keçəndən sonra qızın halı pisləşib və 3 gün keçəndən sonra qız xəstəxanada dünyasını dəyişib. Ona kokainin doza həddinin aşılması diaqnozu qoyublar. Onun dostunu isə qeyri-qanuni narkotik saxlanması və yayılmasına görə həbs ediblər.

Dünyasını dəyişən qız katolik məktəbinin məzunu olub. Liverpuldakı gözəllik salonlarından birində kosmetoloq kimi çalışıb. Sevgilisi Koroner deyib ki, Kassidi təsadüf nəticəsində dünyasını dəyişib. Onun sözlərinə görə, bu hadisədə narkotacirlər günahkardır. Onlar bu sahədən böyük pullar qazanırlar.

Mayın əvvəlində Global Drug Survey layihəsinin sosioloqları apardıqları araşdırmanın nəticələrini açıqlayıb. Həmin araşdırmaya görə, kokaindən istifadə edən ingilislərin 36.8 faizi kokain sifarişı verəndən yarım saat sonra onu əldə etdiyini deyiblər. Rəyi soruşulanların 12,2 faizi bu müddətə onlara pizza da çatdıra bilirlər.

XƏBƏR LENTİ