«G7»-nin altı ölkəsi ABŞ-a qarşı

553 4-06-2018, 09:53 dunya

«G7»-nin altı ölkəsi ABŞ-a qarşı
«Böyük yeddiliyin» (G7) altı ölkəsinin maliyyə nazirlərinin Kanadada keçirilən görüşünün yekunlarına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropadan, Kanadadan və digər ölkələrdən polad və alüminium idxalına tətbiq etdiyi rüsumlardan dolayı narahatlıq ifadə olunub.

«Yeddilər»in maliyyə nazirlərinin sammiti 31 may- 02 iyun tarixlərində Kanadanın Uistler şəhərində keçirilib.

«Biz, ondan narahatlıq keçririk ki, bu hərəkətlər bizim iqtisadiyyatımız üçün əlverişli deyil, onlar gerçəkdən destruktivdir. Bu, sistemli olaraq 6 ölkə tərəfindən qeydə alınıb – onlar öz baxışlarını katib Mnuçinə (ABŞ-ın maliyyə naziri Stivenə – red.) bildiriblər. Mən gözləyirəm ki, uyğun əhval-ruhiyyə liderlərin danışıqlar raunduna ötürüləcək və onlar da uyğun müzakirələr keçirəcəklər» – deyə, Kanadanın maliyyə naziri Bill Morno G7-nin ümumi mətbuat konfransında bəyan edib.

Mətbuat konfransı Kanada maliyyə nazirliyinin rəsmi «Feysbuk» səhifəsində translyasiya olunub.

Mornonun sölərinə görə, amerikalılar polad və alüminium rüsumları ilə bağlı yaranmış vəziyyəti həll etmək istiqamətində tamamilə qeyri-konstruktiv və hətta destruktiv hərəkətlərə baş vurmaq qəranına gəliblər. O, həm də qeyd edib ki, son bir neçə gündə görüşün gedişi zamanı fikirlər haçalanıb./AzPolitika.info/

XƏBƏR LENTİ