Ağdaşda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb

525 14-06-2018, 13:27 cemiyyet

Ağdaşda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb
Ağdaş rayonunda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb.

“Report” xəbər verir ki, iyunun 12-də rayonunun Korarx kəndinin ərazisində, rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

R.Xəlilov və M.Mustafayev Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Xeberdar.net

XƏBƏR LENTİ