Məşhur futbolçu Almaniyanı irqiçilikdə ittiham etdi və komandadan getdi:“Biz udanda mən alman, uduzanda isə mühacir oluram”

2 329 23-07-2018, 09:25 idman

Məşhur futbolçu Almaniyanı irqiçilikdə ittiham etdi və komandadan getdi:“Biz udanda mən alman, uduzanda isə mühacir oluram”Almaniya milli yığması və Arsenalın oyunçusu Mesut Özil “irqçilik və hörmətsizliyi” qeyd edərək, Almaniya komandasını tərk etdiyini bildirib.

Özil bu qərarı Almaniyanın bəzi mətbuat orqanları və bəzi idman rəsmilərinin 2018-ci il dünya futbol çempionatında qrup mərhələsində Almaniya milli yığmasının yarışlara vida etməsinə görə onu məsul tutması və son həftələr ona yönəlmiş sərt təndiqlərin ünvanlamasından sonra verdiyini deyib.

O, mesajlarda özünə qarşı irqçi və onun etnik mənşəyinə hörmətsizlik məzmunlu açıqlamalardan bəhs edib. Twitter səhifəsində gün ərzində açıqladığı üç mesajında Ozil son günlər baş verənlər üzərində düşündüyü və öz fikirlərini ictimaiyyətlə bölüşmək istədiyini bildirib.

İlk mesajında Özil türk mənşəyi haqda, Almaniyada türk anasından öyrəndiyi dəyərlərə sadiq qaldığını bildirib. “Mənim iki ürəyim var: biri alman, biri türk” – Özil yazıb. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi foto ilə bağlı mübahisələrlə bağlı fikirlərini bildirib: “Mənim işim fubol oynamaqdır, siyasət deyil və bizim görüşümüz siyasi dəstək demək deyildi. Əslində, biz görüşümüzdə hər zaman danışdığımız mövzudan-futboldan-danışırdıq, çünki o da gənc yaşlarında futbol oynayıb”, – Özil mesajında yazıb.

Twitter səhifəsindəki üçüncü mesajında o, Almaniya futbol liqası və onun prezidenti Raynhald Qrindelin xüsusilə də dünya futbol çemponatında Almaniya yığmasının məğlubiyyətinə görə onu məsul tutması məsələsinə diqqət yönəldib. “Qrindel və onun tərəfdarlarının gözündə biz udanda mən almanam, amma biz uduzanda mən mühacirəm”,- Özil mesajında yazıb və bundan sonra Almaniya milli yığmasını formasını geyinməyəcəyini bildirib. (Amerikanın Səsi)

XƏBƏR LENTİ