Sabirabadın başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

1 072 18-08-2018, 11:40 bolge

Sabirabadın başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…Göyçayda mağaza müdiri, YAP-ın Göyçay Təşkilatının təlimatçısı Laçın İsmayılov 17 yaşlı keçmiş satıcısı Səid Mahmudlunu 20 manat kassa əskikliyinə görə başının dəstəsilə 2 dəfə evindən çıxararaq şəxsi avtomobili ilə şəhər kənarında olan Şirvan kanalının yanına aparıb. AzEuroNews.com xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb. Onun sözlərinə görə, orada Səidə qarşı hədə-qorxu, təhqir və s. qeyri insani hərəkətlər edilib. Məlum olub ki, quldurluğa meyl edən bu YAP-çı Sabirabadın icra başçısı Nazim İsmayılovun qardaşı oğludur. Odur ki, arxayınçılıqdan qanun-filan tanımır. Hüquq müdafiəçisi qeyd edib: “Düşünürəm ki, 2 dəfəadam oğurluğu və hədə-qorxu ilə tələb etməyə görə öz kimliyini və niyyətini nümayiş etdirən Laçın İsmayılova layiqli yerini hüquq-mühafizə orqanlarıgöstərməlidir”.

XƏBƏR LENTİ