
ABŞ-ın Ankaradakı səfirliyi naməlum şəxslər tərəfindən atəşə tutulub.
Hadisə bu gün səhər saatlarında baş verib. Səfirliyə ağ rəngli minik avtomobilindən 4-5 dəfə atəş açılıb.
Güllələr binanı mühafizə edən polis köşkünə dəyib. Ölən və yaralanan yoxdur. (Qafqazinfo)