Türkiyədə avtobus qəzası: yeddi ölü, 28 yaralı

517 18-09-2018, 10:32 dunya

Türkiyədə avtobus qəzası: yeddi ölü, 28 yaralıTürkiyənin Afyonkarahisar-Antalya avtomobil yolunun 15 kilometrliyində sərnişin avtobusu su kanalına aşıb.

Hadisə zamanı yeddi nəfər ölüb, 28 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıb.

Hadisənin səbəbləri məlum deyil. Avtobusun “Kamil Koç” şirkətinə məxsus olduğu, sürücünün hadisə yerindən qaçdığı bildirilib.

Faktla bağlı araşdırmalar aparılır. (oxu.az)

XƏBƏR LENTİ