Deputatlardan çağırış:“MSK üzvlərinə və keçmiş deputatlara diplomatik pasport verilsin”

803 5-10-2018, 14:45 cemiyyet

Deputatlardan çağırış:“MSK üzvlərinə və keçmiş deputatlara diplomatik pasport verilsin”Milli Məclisin (MM) payız sessiyasının bu gün keçiriləcək ikinci iclasında “Pasportlar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

Deputat Qüdrət Həsənquliyev MSK üzvlərinə diplomatik pasportların verilməsini zəruri saydı və bununla əlaqədar spikerə müraciət etdi. Deputat bildirdi ki, millət vəkillərinə diplomatik pasportlar verildiyi halda, deputatların səlahiyyətlərini, həmçinin prezident seçkilərinin nəticələrini təsdiqləyən qurum üzvlərinə diplomatik pasport verilməməsi normal görünmür.

Deputat Elmira Axundova isə təklif etdi ki, millət vəkillərinə verilən diplomatik pasportlar deputatların səlahiyyət müddəti bitəndən sonra da onlarda qalsın. “Məsələn, Türkiyədə millət vəkillərinə belə hüquq verilib, onlara hətta səlahiyyətləri bitəndən sonra da “sayın millət vəkilim” deyə, müraciət edirlər”.

XƏBƏR LENTİ