Qəbələdə ərəblərin qaldığı ev yandı - Bir nəfər öldü

852 8-10-2018, 11:01 hadise

Qəbələdə ərəblərin qaldığı ev yandı - Bir nəfər öldüQəbələ rayonunda ərəb turistlərin qaldığı ev yanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün səhərə yaxın baş verib. Ərəblərin kirayə tutduğu ev qəfildən yanıb.

Yanğın zamanı evdə 4 nəfər olub, onlardan üçü qaçaraq çölə çıxıb, yatmış vəziyyətdə olan bir nəfər isə yanaraq ölüb. Onun şəxsiyyəti müəyyənləşməsə də, xarici ölkə vətəndaşı olduğu bildirilir.

Araşdırma davam etdirilir.

XƏBƏR LENTİ