Ucarda maşın yol kənarındakı dirəyə dəydi – Ölənlər var

673 24-10-2018, 12:40 hadise

Ucarda maşın yol kənarındakı dirəyə dəydi – Ölənlər varUcar rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 13 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Gədəbəy rayon sakini Elman Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı dirəyə vurub. Nəticədə E.Məmmədovun sərnişini – arvadı Solmaz hadisə yerində, özü isə xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Xeberdar.net

XƏBƏR LENTİ