“Avropada hər gün 13 uşaq vərəmdən ölür” – ÜST

“Avropada hər gün 13 uşaq vərəmdən ölür” – ÜST“Hər il dünyada vərəm və QİÇS-lə xəstələnmə, buna müvafiq olaraq da ölüm halları 12-13 faiz artır”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə nümayəndəsi Sayohat Həsənova “Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma” mövzusunda keçirilən elmi-praktiki konfransda deyib.

O bildirib ki, 2016-ci ilin rəqəmlərinə əsasən Avropa regionunda 290 min insan vərəmə yoluxub: “Onlardan 32 mini uşaq, 87 mini isə qadındır. Hər 20 dəqiqədən bir regionda vərəmdən 1 nəfər, hər gün isə 13 uşaq vərəmdən vəfat edir”.

ÜST rəsmisi deyib ki, Avropa regionunda vərəmlə xəstələnmə göstəriciləri 100 min əhaliyə 32 nəfər təşkil edir: “Dünya üzrə ötən illərin müqayisəsi onu göstərir ki, Avropda İİV infeksiyasının yayılması artır. ÜST-nin məqsədi 2020-ci ilə qədər dərmana davamlı vərəmin müalicəsini 75 faizədək artırmaqdır. Çünki 100 faiz vərəmli xəstənin 80 faizi İİV müayinəsindən keçir və onlardan 70 faizində ikili virus (həm İİV, həm də vərəm) aşkarlanır. Onlardan 65 faizi antiretravirus terapiyası alır. Bu da uğurlu nəticəyə səbəb olur”.

S.Həsənova vurğulayıb ki, vərəmin müalicəsi zamanı xəstənin stasionarda olmaması effektiv nəticə verə bilər: “Stasionarla müalicədənsə ambulator müalicə xəstə üçün daha effektli olur. Bu eyni zamanda xəstəyə maddi baxımından da kömək edir. Stasionar günlərinin azalması digər infeksiyaların yoluxması ehtimalını azaldır”.

“Avropada hər gün 13 uşaq vərəmdən ölür” – ÜST

  • 6-11-2018, 10:40
  • 52


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI