Adil Vəliyev həmin hasarı sökdürdü – Zeytunluq azad edildi

1 157 24-11-2018, 12:29 cemiyyet

Adil Vəliyev həmin hasarı sökdürdü – Zeytunluq azad edildiBakının 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində (“Neftmaştəmir” ASC ilə üzbəüz) yerləşən, yüzlərlə çoxillik zeytun ağaclarından ibarət təxminən 35-40 sotluq ərazinin zəbt edilərək hasarlanması faktına Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev şəxsən özü müdaxilə edib. Bu gün səhər saatlarında icra hakimiyyətinin başçısının köməkçisi Müslüm Mahmudov redaksiyamızla əlaqə saxlayaraq belə deyib.

M.Mahmudov bildirib ki, virtualaz.org saytı zeytun bağının hasarlanması barədə reportajı dərc edəndə icra hakimiyyətinin başçısı işdə deyildi. “Başçı dünən işə çıxdı və bu məsələni şəxsən araşdırdı. Və hasarın sökülməsinə göstəriş verildi”-M.Mahmudov bildirib.

Adil Vəliyev həmin hasarı sökdürdü – Zeytunluq azad edildi
İcra hakimiyyətinin başçısının köməkçisi məlumat verib ki, artıq bu gün səhər saatlarından etibarən hasarın sökülməsi üçün işlər başlayıb, əraziyə texnika göndərilib. “Şəxsən Adil müəllim özü də buradadır, söküntü işlərinə nəzarət edir”-rayon başçısının köməkçisi redaksiyamızı məlumatlandırıb. Və hasarın söküldüyünü əks etdirən fotoları təqdim edib.

“Onların müəyyən sənədləri olsa da hasarın sökülməsinə qərar verildi. Çünki ictimai əhəmiyyətli yaşıllıq ərazilərinin qorunması rayon rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir. Bundan sonra da rayon ərazisində yaşıllıq ərazilərinin qorunması üçün rayon rəhbərliyi qəti tədbirlər görməkdə qərarlıdır”-M.Mahmudov deyib.
Adil Vəliyev həmin hasarı sökdürdü – Zeytunluq azad edildi
Virtualaz.org Bakıda yaşıllıqların, xüsusən də faydalı, qiymətli zeytun ağaclarından ibarət olan bağın qorunmasında göstərikləri həssaslığa, mətbuatın qaldırdığı problemə operativ reaksiya verib gördükləri müvafiq tədbirlərə görə Sabunçu rayon İcra Hakimiyyətinin və Bakı şəhər İcra Hakimiyyətinin, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə ictimaiyyət adından təşəkkür edir.
Adil Vəliyev həmin hasarı sökdürdü – Zeytunluq azad edildi

XƏBƏR LENTİ