Separatçı erməni rejimi Moldova ərazisində nümayəndəlik açır - Qarşı tərəf də Xankəndində…

742 24-11-2018, 13:05 dunya / gundem

Əlimiz hara çatır, ünümüz hara yetir ki, qarşısını alaq?..
Separatçı erməni rejimi Moldova ərazisində nümayəndəlik açır - Qarşı tərəf də Xankəndində…
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejimi və Moldova Respublikasının hüquqi ərazisində qondarılmış separatçı “Dnestryanı Respublika” rəhbərlikləri qarşılıqlı olaraq Xankəndi və Tiraspolda ticarət nümayəndəlikləri açmaq qərarına gəlib.
Separatçı erməni rejimi Moldova ərazisində nümayəndəlik açır - Qarşı tərəf də Xankəndində…
Moderator.az xəbər verir ki, separatçı ingilsdilli nəşrlərin verdiyi məlumata görə, bu barədə qərar qondarma “Dnestryanı” “hökumət” başçısının müavini Aleksey Tsurkanın Azərbaycan Respublikasının dövlət sərhədlərini pozaraq Xankəndində separatçı erməni rejiminin “dövlət naziri” sayılan Qriqori Martirosyan ad-soyadlı məxluqla görüşməsi zamanı verilib.
Separatçı erməni rejimi Moldova ərazisində nümayəndəlik açır - Qarşı tərəf də Xankəndində…
Biri-birləri ilə söhbətlərində “qardaş ölkə”, “qardaş xalq” ifadələri işlədən separatçılar ticarət nümayəndələliklərinin açılması haqda razılıq imzalayıblar. Bundan sonra tərəflər simvolik hədiyyələrlə bölüşüblər. İki separatçı rejimin görüşündə Moldova tərəfdən A.Tsurkandan savayı daha iki “rəsmi” nümayəndə və Tiraspoldakı “Noy” erməni icmasının rəhbəri iştirak edib.

P.S. Əlimiz hara çatır, ünümüz hara yetir ki, qarşısını alaq?..

Sultan Laçın

XƏBƏR LENTİ