Samir Şərifovu hədəfə çevirən Bağırovlar kimdir? - İTTİHAM

647 4-01-2019, 11:37 gundem

 Samir Şərifovu hədəfə çevirən Bağırovlar kimdir? - İTTİHAMŞikayətçi Aydın Rzayevin dövlət tərəfindən qorunan mülkiyyət hüquqları pozulub. Cumhuriyyet.net xəbər verir ki, onun hüquqlarını ayaqları altına atanlar Bakının “Sovetski” məhləsinin söküntü prosesində olan iş icraçılarıdır.

Onlara olan etibardan sui-istifadə edir, dövlətin mühüm layihəsinə əməlləri ilə kölgə salırlar. Belə ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov iş icraçıları İlham və Zahid Bağırov qardaşlarına etibar edib.

Bu adamlar da “Sovetski”də hoqqa çıxarmaqla özlərinə daha çox qazanc imkanlarını genişləndirməklə məşğul olurlar. Onlar qazanır, neqativ fəaliyyətləri isə Cavanşir Yusifovun “ayağına” yazılır.

Maliyyə Nazirliyi sisteminə bələd olan mənbələrimiz bildirirlər ki, Yusifovun işlədiyi illər ərzində öz vəzifəsinə məsuliyyətlə, nizam-intizamla yanaşıb. Dövlət siyasətinə sadiq və vətəndaşlara hörmət, ehtiram göstərməsi ilə ad çıxarıb.

Onun bu fəaliyyəti diqqətdən kənar qalmayıb, 2017-ci ilin iyununda dövlət qulluğunda fərqlənən ən etibarlı məmurlar sırasında adı olub.

Artıq bir neçə ildir ki, Bakının Sovetski adlanan ərazisində aparılan yenidənqurma işləri ilə əlaqədar söküntü Cavanşir Yusifovun nəzarəti ilə həyata keçirilir.

Həmin prosesin icrası zamanı sakinlərin bütün problemləri Cavanşir Yusifovun obyektiv və real yanaşması ilə aradan qaldırılıb. Əgər vətəndaş “Yasamal Rayon İcra Hakimiyyətində təşkil olunmuş Komissiya”da öz problemini Cavanşir Yusifova bildiribsə, necə olur-olsun vətəndaşın məsələsi obyektiv surətdə həllini tapıb.

İndi isə Cavanşir Yusifovun uzun illər ərzində qazandığı etibar və etimada kölgə salan 2 qardaş peyda olub. Bu adamlar sakinləri, onlara iş tapşıran Cavanşir Yusifovu faktiki olaraq aldadırlar.

Vətəndaşları süründürməklə, onların Cavanşir Yusifovun Komissiyada qəbuluna mane olur və vətəndaşları bilərəkdən Cavanşir Yusifova qarşı yönəltməklə, baş verənləri onun adına çıxarmaqla fəaliyyəti üzərindən xətt çəkirlər, karyerasına mənfi ştrixlər əlavə edirlər.

Bu da öz növbəsində insanların haqlı narazılıqlarına əsas vermişdir. Belə ki, “Sovetski”sakini Aydın Rzayev bu günlərdə ölkənin aparacı KİV-inə müraciət ünvanlayıb.

Videomüraciətində http://webcache.googleusercontent.com/search?q=cache:SW0x8ShYvPIJ:musavat.com/news/sovetski-de-bagirov-qardaslarinin-sokuntu-keleyi_580919.html+&cd=1&hl=ru&ct=clnk&gl=az

mülkiyyət hüquqlarının pozulması ilə bağlı haqlı şikayətindən də göründüyü kimi “Yasamal Rayon İcra Hakimiyyətində təşkil olunmuş Komissiya”nın yeləşdiyi Bakı şəhəri, İnşaatçılar prospekti 28 B ünvanına göndərilmiş ərizə bilərəkdən qəbul etməkdən imtina olunub. Hansı səbəbdən İlham Bağırovun rəhbərlik etdiyi təşkilatın sonuncu təşkilata aid olan ərizəni qəbul belə etməkdən imtinası vətəndaşın mülkiyyətinə hörmətlə yanaşılmaması, şikayətçinin evinə hansı səbəbdən İlham Bağırovun gəlməsi, hansı səbəbdən öz mobil nömrəsini verməsi təbiidir ki, negativ halların baş verdiyini bir daha təsdiq edir.

XƏBƏR LENTİ