Ağcabədidə dəhşətli QƏTL - Polis açıqlama yaydı

Ağcabədidə dəhşətli QƏTL - Polis açıqlama yaydıAğcabədi Rayon Polis Şöbəsinə müraciət edən Hindarx qəsəbə sakini H.Cənnətov yanvarın 20-də atası Əhlimanın yaşadığı qəsəbə ərazisindəki fermaya baş çəkməyə gedərkən atasını və 13 baş qoyunu orada aşkar etmədiyini bildirib.

DİN Mətbuat Xidmətindən Xeberdar.net verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalara Ə.Cənnətovun yanvarın 19-da həmyerlisi M.Qasımov və onun qohumu, Şərəfxanlı kənd sakini S.Mamedzadə tərəfindən küt alətlə vurulması və kəndirlə boğduqdan sonra cəsədinin fermanın yaxınlığında torpağa basdırılması, qoyunların isə M.Qasımova məxsus “VAZ-2107” markalı avtomobilə yüklənərək Hüsülü kəndi ərazisindəki heyvan bazarında satılması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən S.Mamedzadə saxlanılıb. M.Qasımovun da tutulması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılır.

Ə.Cənnətovun meyiti eksqumasiya edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ağcabədidə dəhşətli QƏTL - Polis açıqlama yaydı

  • 24-01-2019, 12:10
  • 147


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI