Məşhur alimdən şok xəbərdarlıq: Həkimlər aldadır, əslində...

Məşhur alimdən şok xəbərdarlıq: Həkimlər aldadır, əslində...Kreml xəstəxanasının eks-baş həkimi, Rusiyanın tanınmış iş adamlarının və siyasi elitasının müalicə aldığı M. E. Jadkeviça adına şəhər klinikasının rəhbəri - Aleksandr Myasnikov hesab edir ki, istehsal edilən dərmanların immunitetə heç bir təsiri yoxdur. Rusiyanın məşhur alimi “50 yaşdan çox necə yaşamaq olar?” kitabında həkimlərin xəstələrə yazdığı həblər və son illərdə geniş şəkildə reklam olunan dərman şirkətlərini ifşa edib.

Xeberdar.net Publika.az-a istinadən kardioloqun müzakirələrə səbəb olan fikirlərini təqdim edir.

Myasnikov iddia edir ki, reklam edilən tibbi preparatların demək olar ki, hamısı faydasızdır, xüsusilə də yalnız preparatların hesabına sağlam olmaq istəyən insanlar üçün. Həkimin sözlərinə görə, geniş reklam kampaniyası preparatların şəfaverici xassələrini əsla təsdiq etmir.

Myasnikovun şok edici araşdırmalarından biri də odur ki, immuniteti qaldırmaq olmaz. İnsan immuniteti ya var, ya da yox. İmmun çatışmazlığı anadangəlmədirsə, onda bu uşaqlar çox vaxt yetkinlik yaşına qədər sağ qalmır və infeksion xəstəliklərdən ölürlər. Əgər immun çatışmazlığı sonradan baş veribsə, bu, QİÇS-dir. Çünki immunitet sisteminə təsir edən başqa heç bir xəstəlik praktiki olaraq mövcud deyil. Nəticə etibarı ilə immuniteti qaldırmağa gərək yoxdur. Və geniş reklamlı immunomodulyatorlar sadəcə pul itkisidir. Hətta QİÇS xəstələrinə bu dərmanlar verilmir. Avropa və Amerika standartlarında QİÇS müalicəsi virusla (ya da digər patojenin) mübarizəyə yönəlib.

Rusiyada indi immuniteti testdən keçirmək dəbdədir. Və demək olar ki, əhalinin çoxunda immun sistemi sıfıra yaxınlaşır. Ancaq həkimlər dərhal sakitləşdirir ki, bir neçə həftə immunomodulyator vurdurmaqla immun sistemini xilas etmək olar. Onların qiyməti 10-120 dollardan 1000 dollara qədər dəyişir. Myasnikovun fikrincə, Qərbi Avropada və ABŞ-da bu preparatların birmənalı şəkildə səmərəsiz olduğu sübut və qəbul edilib. Bir çox rus həkimləri isə immunomodulyatorların gücünə hələ də inanmağa davam edir.

Əgər kimsə epidemiya nəticəsində xəstələnirsə, bunu dərhal immun sisteminin aşağı düşməsi ilə izah edirlər. Lakin alim bu yanaşmanı rədd edərək izah edir ki, bu, immun sisteminin zəifləməsi yox, bədənin qoruyucu reaksiyaların təsirinin azalmasıdır. Myasnikovun fikirlərini Amerika xəstəxanasında çalışan gürcü həkim İrakli Buziaşvili də təsdiq edir.

A.Myasnikov hesab edir ki, vegetativ damar distoniya xəstəliyi yoxdur. Onun əlamətləri müxtəlif nasazlıqların səbəbi ola bilər, odur ki, yanaşma müxtəlif olmalıdır. Antidepressantlar haqqında danışan həkim onu da əlavə edib ki, bu, ticarət cəllaları gündən-günə çoxalır. Həkimlərin bir qismi açıq-aşkar bu ticarətə qoşularaq böyük pullar qazanır.

Məşhur alimdən şok xəbərdarlıq: Həkimlər aldadır, əslində...

  • 25-01-2019, 12:36
  • 160


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Siyəzən rayon Təhsil İdarəsinın işçisi sadə xalqı hakimiyyətə qarşı üsyana çağırır
  2. “ELÇİBƏYLƏ ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU…” – Sensasion açıqlamalar
  3. Əhməd Əhmədzadə milyonları necə daşıyıb? - İTTİHAM
  4. İsmayıllı meşələrini viran qoyan məmurları meşəbəyi ifşa etdi/VİDEO FOTO
  5. Canlı əfsanə İzzət Rüstəmov (İkinci yazı)
  6. Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib –Bayramda əfv sərəncamı gözlənilir
  7. Mingəçevirdə tarixi silkələyə biləcək nadir tapıntı –Azərbaycanda dinozavrlar yaşayıb? (FOTO)
  8. Vahid Mustafayev ANS-in açılmasından danışdı – “Yayıma tam hazırıq”
  9. Akim Bədəlovun Cinayət Tarixçəsi, Şəhid Qızının Yerdə Qalan Naləsi…..ŞİKAYƏT
  10. RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA QAYITDI –Bir cənub şəhərində dostlarla qeyd edilən 80 illik yubiley (FOTOLAR)
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
MARAQLI