Baş redaktorun məhkəməsinə şahidlər gəlməyib

Baş redaktorun məhkəməsinə şahidlər gəlməyibBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacılının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zülfiyyə Babayeva, Arzuxanım Məmmədova və İlahə Xalidovanın məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra M.Hacılının qardaşı oğlu Tural Hacıbəyli ifadə verib. O deyib ki, saytın texniki problemlərinin həllində əmisinə kömək edib, lakin orada çalışmayıb.

M.Hacılının vəkili Osman Kazımov T.Hacıbəylinin dindirilməsinə etiraz edib.

Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, M.Hacılı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədov barəsində də eyni maddələrlə ittiham irəli sürülüb. Onun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır.

Baş redaktorun məhkəməsinə şahidlər gəlməyib

  • 29-01-2019, 13:19
  • 105


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  6. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI