Dövlət komitəsinin sədr müavini:"Azərbaycanda ailə institutu deformasiyaya məruz qalıb”

Dövlət komitəsinin sədr müavini:"Azərbaycanda ailə institutu deformasiyaya məruz qalıb”“Ailədəki problemlərin kökü araşdırılmalıdır. Reallıq odur ki, müəyyən problemlər var. Təəssüflər olsun ki, ailə institutu deformasiyaya məruz qalıb”.

Bunu Bakıda “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən konfransda Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O qeyd edib ki, Avropada bəzi ailələrdə uşaq əvəzinə, heyvan saxlayırlar: “Bizə həmin yeni modelləri sırımaq istəyirlər. Biz proseslərə nəzər salsaq, Qərbdə ailə dəyərlərinin deformasiya olduğunu görmüş olarıq. Bu da demoqrafik problemlər yaradır. Onlar bu problemləri həll etmək əvəzinə, digər cəmiyyətlərə ötürmək yolunu seçirlər. Bəzi qüvvələr var ki, dünyanın bir nöqtədən idarə etməyə çalışırlar, buna müxtəlif yollarla cəhd edirlər. Amma onlar istəklərinə nail ola bilmədilər. Məqsəd milli dəyərləri qorumaq olmalıdır”.

A.Sofiyeva qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar insan hüquqları adı altında hansısa fikirləri təbliğ edirlər: “Təəssüflər olsun ki, içimizdəki bəzi qruplar onları dəstəkləyir. Sosial şəbəkələrdə “verbovşiklər” konkret məqsədlərə xidmət edirlər. Bu şəbəkələr vasitəsilə hər bir ailəyə nüfuz edirlər. Onlar beyinlərə təsir göstərməyə çalışırlar. Azərbaycan ailələri buna necə hazırdır? Bizim ailələrin əsrlərdən bəzi dəyərləri var. Əlbəttə ki, zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bugünə qədər qoruyub saxlayıb. Məqsədimiz bunu gələcək nəsillərə ötürməkdir. Dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir. Bu istiqamətdə müxtəlif addımlar atılır. Biz ailə siyasətinin istiqamətinin vektorunu dəyişəcəyik, yəni yalnız həssas ailələrin deyil, bütün ailələrin sosial rifahının yaxşılaşması üçün addımlar atılacaq”./Report

Dövlət komitəsinin sədr müavini:"Azərbaycanda ailə institutu deformasiyaya məruz qalıb”

  • 7-02-2019, 12:39
  • 212


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  3. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şamaxıda yeni kadr dəyişikliyi olub
  10. Şənbə günü üçün hava proqnozu açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI