Abşeron məktəblərində xarici dil aylığına yekun vurulub-Video

476 9-02-2019, 23:52 cemiyyet

Abşeron məktəblərində xarici dil aylığına yekun vurulub-VideoAbşeron rayonunun ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisinin vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə olan marağının artırılması məqsədilə xarici dil aylığı keçirilib.

Xeberdar.net bildirir ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə aylığın yekun tədbirində təhsil şöbəsinin əməkdaşları, rayon məktəblərinin direktorları və təcrübəli müəllimlər iştirak ediblər.

Abşeron Təhsil Şöbəsinin (RTŞ) müdiri Nazilə Məmmədova ümumtəhsil məktəblərinin şagird və müəllimlərinin aylıq çərçivəsində hazırladıqları tədbirləri yüksək dəyərləndirərək minnətdarlığını bildirib.

Sonda Abşeron RTŞ-nin metodisti Yaydagül Rəhimovanın aylıq çərçivəsində görülən işlər barədə hesabatı dinlənilib, müzakirələr aparılıb.


XƏBƏR LENTİ