Həbsxana həyatı ilə bağlı İNANILMAZ HƏQİQƏTLƏR: alçaldılmışlar, "çuşkalar" və...

Həbsxana həyatı ilə bağlı İNANILMAZ HƏQİQƏTLƏR: alçaldılmışlar, "çuşkalar" və...Cəzaçəkmə müəssisələri nəinki dövlətin qanunvericiliyinə, həmçinin təcridxanaların öz yazılmamış sərt qanunlarına əsasən idarə olunur. Aparıcı rolu isə cinayət aləminin sərt qaydaları oynayır. Bu qaydalara əsasən məhbus sərt sinifi bölgüyə məruz qalır. Cinayət aləmində siniflər kast adlanır. Əgər bir sıra kastlar dərin hörmətlə qarşılanırsa, bəziləri təhqir olunub, alçaldılmağa məhkumdurlar.

Psixoloqlar etiraf edirlər ki, sovet dövründə olan türmə anlayışı ilə müasir təcridxanalar arasında böyük fərq var. Bu illər ərzində müəssisələrdəki həyat tərzi də kifayət qədər dəyişib.
"Qaralar" və "qırmızılar"
Kastalar haqda danışmazdan öncə həbsxanalardakı "qırmızılar" və "qaralar" anlayışına aydınlıq gətirmək lazımdır. "Qırmızılar" məhbusları idarə edən həbsxana nəzarətçiləridir. Onlar kameralarda tam "səliqə-səhman" yaratmaq üçün ən sərt yollara əl atırlar. "Qaralar" isə təcridxana nəzarətçilərinin məhbuslarla birgə idarəçiliyi anlamına gəlir.
"Kozyollar"
Ən yüksək rütbə "blatnoylar" sayılır. Onlardan sonra isə "mujıklar" gəlir. Mujıklar peşəkar cinayətkarlardır. Öz cəzalarını çəkəndən sonra yenidən normal həyata qayıtmaq məcburiyyətindədirlər. "Mujık" adı verilən bu insanlar qanunlara hörmətlə yanaşır, hakimiyyətə iddia etmirlər. Onların ardınca isə "kozyollar" gəlir. "Kozyollar" açıq sürətdə türmə rəhbərliyi ilə iş birliyində olur. Çox vaxt komendant vəzifəsini tutur. "Qaralar" "kozyol"ları sevmir, onları öz əhatələrinə qəbul etmirlər. Onların arasında bu kateqoriyaya aid olmayan insana "kozyol" demək böyük təhqir sayılır.
"Zibillər"
Bu sinifə vaxtilə polis işçisi olub, sonradan cinayət törədən insanlar aid edilir. Onlarla danışmaq hətta toxunmaq belə qadağandır. Zibilləri öldürmək isə, daha böyük kateqoriyaya yüksəlmək deməkdir.
"Yunlar"
"Yun" adətən qaydalara riayət etməyən məhbuslara deyilir. Onlar adətən həbsxana rəhbərliyilə əməkdaşlıq edir, öz kamera yoldaşlarını döyür və zorlayrlar. Bu zümrənin adı Stalin düşərgələrindəki aktivistlərə verilən yun gödəkçələrdən qaynaqlanır.
"Alçaldılmışlar" və "petuxlar"
Bir qayda olaraq bu zümrəyə layiq görülən məhbuslar başqa kateqoriyaya keçmək hüquqları olmur. Onları adətən "alçaldılmışlar", "petuxlar" və s. kimi adlandırırlar. Bu kateqoriyaya aid olunan məhbuslar heç bir haqqa sahib olmurlar. Bu insanlar çox vaxt seksual azlığa mənsub olan şəxslərdir. Onlar kameralardakı ən natəmiz işləri görürlər. Ayaqyolu təmizləyir, məhbusların paltarlarını yuyurlar. "Alçaldılmışlar" və "petuxlar"a cinsi münasibət xaricində toxunmaq və bir masa arxasında oturmaq qadağandır.
"Çuşkalar"
Bir sıra zonlarda bu kasta da alçaldılmışlara tay tutulur. Onlar yuyunmur, təmizliyə riayət etmirlər. "Çuşkalar"la bir masa arxasında oturmaq, onlarla ünsiyyətdə olmaq düzgün sayılmır.//publika.az

Həbsxana həyatı ilə bağlı İNANILMAZ HƏQİQƏTLƏR: alçaldılmışlar, "çuşkalar" və...

  • 11-02-2019, 12:19
  • 202


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  3. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şamaxıda yeni kadr dəyişikliyi olub
  10. Şənbə günü üçün hava proqnozu açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI