Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar

Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-FotolarXırdalanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının yeddi illik yubileyi qeyd olunub. Abşeron rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə hazırlanmış tədbir Heydər Əliyev Mərkəzində keçirilib.

Xeberfakt.az bildirir ki, tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyin Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tərxis olunmuş hərbçilər, ziyalılar, ağsaqqallar, şəhid ailələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Abşeron rayon İcra hakimiyyətinin başçısı İ.Gülməmmədova Azərbaycan ordusunun günü-gündən gücləndiyini, eləcə də ordu quruculuğunda əhəmiyyətli irəliləyişlərin əldə oldunduğunu vurğulayaraq bildirib ki, dövlət tərəfindən bu sahənin inkişafı istiqamətində lazimi islahatlar aparılır. İştirakçıları təbrik edən başçı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Belə bayramların işğal olunmuş torpaqlarımızda keçirilməsini arzulayan İ.Gülməmmədova o günün uzaqda olmadığını qeyd edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyin Quliyev bildirib ki, bu 7 ildə Xidmətdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib. O qeyd edib ki, ötən qısa müddətdə Dövlət Xidməti inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.
H.Quliyev vurğulayıb ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb.

Tədbirdə həmçinin çıxış edənlərdən ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlığı ilə bağlı mühüm nəticələrin əldə edildiyini diqqətə çatdırıblar.

Bundan sora fəaliyyətində fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və pul mükafatları verilib.

Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar
Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-FotolarAbşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar

Abşeron rayonunda SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunub-Fotolar

  • 14-02-2019, 09:55
  • 134


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirib
  2. Ötən ay nikaha daxil olmaq istəyən 19 şəxsdə isə QİÇS aşkarlanıb
  3. Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ
  4. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  5. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  6. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  7. Sabah hava necə olacaq –Proqnoz
  8. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  9. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  10. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI