“Ruhani qorxuya düşüb...” - SORĞU

528 22-02-2019, 23:15 cemiyyet

“Ruhani qorxuya düşüb...” - SORĞUHəsən Ruhani fevralın 11-i Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə bu fikirləri səsləndirib: "Cənubi Qafqaz və Azərbaycan Respublikasının əraziləri qədim İran torpağıdır. O torpaqlar 1828-ci ildə Çar Rusiyası tərəfindən işğal edilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranan dönəmdə Tehran hakimiyyəti etirazını bildirmiş və bu ərazilərin İrana birləşməsini tələb edib. Biz bu gün də həmin fikirdəyik. Çünki, əhalinin çoxu şiə müsəlmanlarıdır və bu da İranın ərazi baxımdan bir parçası olmaq deməkdir”.

Adalet.az saytı olaraq Ruhaninin bu fikirlərinə ziyalılardan münasibət öyrəndik.


Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu açıqlamasında deyib: "Vaxtilə farslar bizim ərazilərlə yanaşı digər əraziləri də işğal ediblər”.
“Ruhani qorxuya düşüb...” - SORĞU
"Təbii ki, bu əsassız iddiadır. Azərbaycan ərazlərinin İranın tarixi torpaqları olduğu haqda heç bir tarixi mənbə yoxdur. Əksinə, İranın bugün sahib olduğu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Doğrudur, bugün biz bu məsələnin üzərinə düşmürük, çünki qonşu dövlətlərlə münasibətlərimizin inkişafında maraqlıyıq. Bizim xarici siyasətimizin prinsipi budur. Bu baxımdan hesab edirəm ki, bu yanaşma iki dövlət arasındakı münasibətlərə mənfi təsir göstərə bilər. O ki qaldı dini yanaşmaya, ona qalsa bir çox ölkələrdə şiələr üstünlük təşkil edir. Bu o demək deyil ki, İran həmin ölkələrə qarşı da ərazi iddiası irəli sürməlidir. Qonşu ölkələrə qarşı belə bir iddia irəli sürmək, hər şeydən öncə İranın öz maraqlarına ziddir. Bunun əksini sübut etməyə heç ehtiyac da yoxdur. Çünki saysız-hesabsız faktlar mövcuddur ki, İranın əraziləri vaxtilə Azərbaycanın tarixi əraziləri olub. Tarixin dərinliklərinə getsək, görərik ki, vaxtilə farslar bizim ərazilərlə yanaşı digər əraziləri də işğal ediblər”.

Türkoloq Faiq Ələkbərli qeyd edib ki, "Ruhani qorxuya düşüb...”
“Ruhani qorxuya düşüb...” - SORĞU
"Şübhəsiz ki, Ruhaninin dediklərinin 90 faizi həqiqəti özündə əks etdirmir. Sadəcə burda bir incə məsələ var. Ruhani buranı İran torpağı adlandırır. Azərbaycan, Xorasan heç vaxt İran torpağı olmayıb. 1828-ci ildə də, o ilə qədər də İran adlı dövlət mövcud olmayıb. Son minillikdə Qəznəvilər, Səlcuqlar, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər və 1828-ci ildə isə Qacarlar dövləti mövcud idi. O zaman Çar Rusiyası ilə müharibə edən İran yox, Qacarlar dövləti idi. Qacar dövlətini quran da Ağa Məhəmməd Şah Qacar əslən türk idi və dövləti də türklük əsasında qurmuşdu. Bu dövlətin qanunları da Əmir Teymurun, Çingiz xanın, yəni türk yasalarının əsasında yaradılmışdı. 1813-28-ci illərdəki hər iki müqavilənin nəticəsində Qacarlar dövləti Çar Rusiyasına məğlub oldu. O dövrlər üçün farslardan, İran adlı dövlətdən söz belə gedə bilməz. 1925-ci ildə Qacarlar dövləti Böyük Britaniyanın əliylə yıxıldı. Onun yerinə qeyri-qanuni yolla pəhləvilər hakimiyyətə gətirildi. İndi bunlar 1979-cu ildə yaratdıqları qondarma İslam dövlətinin 40 illiyini qeyd edirlər. Heç orda İslamdan söhbət gedə bilməz. Mollaların hakimiyyəti də pəhləvilərin hakimiyyəti kimi qeyri-qanunidir. Bu iddiaların heç bir ciddi əsası yoxdur. Ruhani başa düşür ki, Azərbaycan türkləri nəinki Təbrizdə, hətta Tehranda da öz hakimiyyətini bərbna edəcək. Onlar bundan qorxuya düşdükıəri üçün bizim torpaqları da İran torpaqları kimi qələmə verirlər. Azərbaycanın nə quzeyi, nə də güneyi he vaxt İranın olmayıb. Tehranı paytaxt elan edən Ağa Məhəmməd şah Qacar olub. Onlar artıq başa düşüb ki, molla rejimi öz dövrünü başa vurmaq üzərədir və gec-tez Azərbaycan türkləri hakimiyyəti bərpa edəcəklər”.

XƏBƏR LENTİ