8 yaşlı uşaq iynə vurulduqdan sonra öldü –Təfərrüat

8 yaşlı uşaq iynə vurulduqdan sonra öldü –TəfərrüatŞabran rayonunda 8 yaşlı uşağın antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb.

Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova axşam saatlarında müalicə üçün yaxınları tərəfindən həkimin yaşadığı evə aparılıb.

Antibiotik iynə vurulduqdan sonra G.Dadaşovanın halı pisləşib, koma vəziyyətinə düşüb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bu səbəbdən xəstə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin bütün yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumənin yaxınlarının bildirdiyinə görə, G.Dadaşovanın ölümünə səbəb həkimin antibiotikin “prob” qoyulmadan vurulması olub.

Faktla bağlı araşdırma aparılır.

Report

8 yaşlı uşaq iynə vurulduqdan sonra öldü –Təfərrüat

  • 26-02-2019, 16:00
  • 68


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Zülfüqarlı qardaşlarından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şok müraciət
  2. Azərbaycanda oğlanlar 14 yaşlı qızı zorlayıblar- məktəbdə ŞOK OLAY
  3. 9 yaşlı Göyçay sakini Prezidentə müraciət etdi-ÇÖRƏK PULU TAPA BİLMİRİK
  4. Politoloqdan açıqlama: “ Azularımızın gerçəkləşməsi üçün BÖYÜK GÜCƏ sahib olmaq lazımdır! ”
  5. Nazpərinin qardaşı qızı növbəti RÜSVAYÇI FAKTLARI AÇDI: “Diskotekalarda...”
  6. İstanbuldakı seçkiyə münasibət Türkiyə demokratiyasının barometridir
  7. Əli İnsanov vacib görüşlər keçirir
  8. Sabah hava necə olacaq?- PROQNOZ
  9. Baş redaktorun məhkəməsində təhsil idarəsinin müdiri ifadə verib
  10. Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən AÇIQLAMA
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI