Naxçıvan MR-də ailə məişət zəminində hər hansı hüquqpozma və cinayət hadisəsi qeydə alınmayıb?--Daxili İşlər Nazirliyində kollegiya

Naxçıvan MR-də ailə məişət zəminində hər hansı hüquqpozma və cinayət hadisəsi qeydə alınmayıb?--Daxili İşlər Nazirliyində kollegiyaNaxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollegiya iclasında ailə-məişət zəminində törədilən cinayətlərin və muxtar respublikanın avtomobil yollarında nəqliyyat qəzalarının baş verməsinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

AZƏRTAC-ın Naxçıvan bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov iclası açaraq qeyd edib ki, ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun uğurla həyata keçirdiyi siyasi strategiya muxtar respublikada ictimai-siyasi sabitliyin dayanıqlı xarakter almasına yol açıb, daxili işlər orqanlarının fəaliyyətinə əlverişli şərait yaradıb, eyni zamanda, üzərimizə daha ciddi məsuliyyət qoyub. Ali Məclis Sədri tərəfindən Daxili İşlər Nazirliyinin qarşısına qoyulan tələb və tövsiyələr əldə rəhbər tutularaq, 2019-cu ilin ötən dövrü ərzində cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilib, əməliyyat şəraiti tam nəzarətdə saxlanılıb.

Nazirliyin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov bildirib ki, daxili işlər orqanlarında uğurla həyata keçirilən islahatların və struktur dəyişikliklərin əsas istiqamətlərindən biri məhz cinayətlərin qarşısının vaxtında alınması, onları doğuran səbəblərin öyrənilib aradan qaldırılmasıdır. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmasda və cəmiyyətin fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi, məqsədyönlü və sistemli şəkildə maarifləndirmə tədbirləri keçirməsidir.

Qeyd olunub ki, ailə münaqişəsi zəminində baş verə biləcək cinayətlərin qarşısının vaxtında alınması, profilaktikasının təmin edilməsi məqsədi ilə 2010-cu il iyunun 22-də “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanunun əsas məqsədi ailə münasibətlərinin qorunması ilə bərabər həm də, zorakılıqdan zərər çəkən şəxslərin sosial mühafizəsini təmin etməkdir.

“Muxtar respublikada ailə-məişət zəminində törədilən cinayətlərin, xüsusən qəsdən adam öldürmə və ona cəhdlərin profilaktikası məqsədilə konfliktlərin mövcud olduğu ailələrin vaxtında müəyyən edilib uçota götürülməsi hər zaman diqqət mərkəzində saxlanılıb, münaqişəli ailələrdəki hüquqazidd əməllərin qarşısının vaxtında alınması məqsədilə polis sahə inspektorlarının rolunun artırılması üçün bir sıra tədbirlər həyata keçirilib”, - deyən Ələşrəf İbrahimov diqqətə çatdırıb ki, keçirilən profilaktiki tədbirlər zamanı həmin ailələrin yaxın qohumlarının, münaqişəyə müsbət təsiretmə gücünə malik digər şəxslərin cəlb olunması işi təşkil edilib. Nəticədə, 2019-cu ilin müvafiq dövründə Naxçıvan Muxtar Respublikasında ailə məişət zəminində hər hansı hüquqpozma və cinayət hadisəsi qeydə alınmayıb.

Dövlət Yol Polisi İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən polis polkovniki Rəşad Seyidov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi yaradılmış şəraitdən bəhrələnərək yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və yol verilən qayda pozuntularına qarşı mübarizə sahəsində 2019-cu ilin ötən dövrü ərzində bir sıra tədbirlər həyata keçirib, bəzi müsbət nəticələr əldə olunub. Şəxsi heyətin səmərəli fəaliyyətinin təşkil olunması və əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması üzrə işlər davam etdirilib, xidməti fəaliyyət zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi nəzarətdə saxlanılıb. Bundan əlavə, Naxçıvan Dövlət Avtomobil Yolları Agentliyi ilə birgə fəaliyyət nəticəsində avtomobil yollarına cizgi-boya xətləri çəkilib, işıqforlara texniki qulluq göstərilib. Əməkdaşlar, ümumilikdə, 113 dəfə əhali ilə görüşlər keçirərək, yol hərəkəti təhlükəsizliyinin təbliği sahəsində maarifləndirici söhbətlər aparıblar. Bununla yanaşı, orta məktəblərdə “Yol hərəkəti qaydaları və mən” adlı televiktorina keçirilib və qaliblər müəyyənləşdirilib. Cari ilin may ayında məktəblərarası qalib komandalar arasında final yarışının keçirilməsi nəzərdə tutulub.

Məruzələr ətrafında Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Mirzə Cəlilov, Babək Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Teymur Quliyev, Culfa Rayon Polis Şöbəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən polis polkovnik-leytenantı Siyam Hacıyev və Şərur Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimov çıxış ediblər.

Sonra general-leytenant Fazil Ələkbərov çıxış edərək vurğulayıb ki, həyata keçirilən tədbirlərin yüksək səviyyədə təmin olunmasına baxmayaraq, cinayətkarlığın dinamikasına mənfi təsir göstərən ən böyük amillərdən biri, potensial cinayət mənbəyi olan münaqişəli ailələr daxilində törədilə biləcək hadisələrin qarşısının alınması istiqamətində məlumatların əvvəlcədən əldə edilməsi hələ də lazımi səviyyədə təşkil olunmayıb. Nəticədə, bir çox hallarda hadisə törədildikdən sonra həmin ailələrdə uzun müddətdən bəri münaqişələrin mövcud olduğu ortaya çıxır ki, bu hallar qətiyyən qəbuledilməzdir.

Fazil Ələkbərov deyib: Müvafiq dövr ərzində əldə olunan nailiyyətlər və həyata keçirilmiş tədbirlər qənaətbəxş hesab olunsa da, polis sahə inspektorları bu kimi hadisələrə qarşı profilaktikanın müasir metod və üsullarından geniş istifadə etməli, baş verə biləcək hadisələrin qarşısının vaxtında alınması istiqamətində münaqişəli ailələrin uçota alınması vəziyyəti mütəmadi təhlil olunmalı, bu ailələrlə tez-tez görüş keçirilməli, münaqişənin səbəblərinin aradan qaldırılması istiqamətində onlarla profilaktiki söhbətlər aparılmalıdır. Həmçinin gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınmasında, qabaqlayıcı-profilaktik tədbirlərin həyata keçirilməsində və münaqişəli ailələr arasında aparılan maarifləndirmə işlərində polis sahə inspektorları ailələrin yaxın qohumlarının, digər nüfuzlu şəxslərin birgə fəaliyyətini təşkil etməli, geniş maarifləndirmə tədbirləri aparmalıdırlar.

Qeyd olunub ki, görülən tədbirlər nəticəsində müvafiq dövr ərzində ölümlə nəticələnən heç bir yol-nəqliyyat hadisəsinin qeydə alınmaması müsbət göstəricidir. Bu, yol hərəkəti təhlükəsizliyi sahəsində profilaktik tədbirlərə daha geniş yer verilməsinin nəticəsidir. Belə ki, son vaxtlar təbliğat məqsədilə səsli mətnlər hazırlanaraq elektron kartlara köçürülüb, ictimai nəqliyyat vasitələrinin sürücüləri ilə izahedici söhbətlər aparılaraq gündəlik marşrutlarda həmin səsyazıların anons etmələri tapşırılıb. Bundan əlavə, piyadaların maarifləndirilməsi məqsədilə bukletlər hazırlanaraq əhali arasında yayılması işi həyata keçirilib, mütəmadi olaraq kütləvi informasiya vasitələrində hüquqi-maarifləndirmə tədbirləri aparılıb.

Nazir bildirib ki, yol hərəkəti təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması üçün konstruksiyasında dəyişiklik edilmiş nəqliyyat vasitələrinin yol hərəkətində iştirakına məhdudiyyət qoyulmalı, bu sahədə inzibati xətaya yol vermiş şəxslər barəsində qanunauyğun tədbirlər görülməlidir. Piyadaların vurulması ilə nəticələnən yol qəzalarının səbəb və şəraiti təhlil edilərək düzgün nəticə çıxarılmalı, piyadaların yol hərəkəti intizamına cəlb edilməsi üçün polisin qüvvə və vasitələrindən səmərəli istifadə olunmalıdır. Dayanma-durma qaydalarına əməl etməyən nəqliyyat vasitəsi sürücülərinin inzibati məsuliyyətə cəlb olunması sahəsində “Təhlükəsiz şəhər” videomüşahidə kameralarının imkanlarından istifadə edilməlidir. Xidməti fəaliyyətin günün tələbləri səviyyəsində qurulması və təbliğat işləri davam etdirilməli, yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradan qayda pozuntularına qarşı barışmaz mübarizə aparılmalı, qəza şəraitli yolların mütəmadi müayinəsi həyata keçirilməli, korlanmış yol nişanlarının yenisi ilə əvəz olunması üçün Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi qarşısında vəsatət qaldırılmalıdır. Nəqliyyat vasitələrini sərxoş vəziyyətdə və yüksək sürətlə idarə edən sürücülərə qarşı mübarizə tədbirləri qətiyyətlə həyata keçirilməlidir.

Sonda qeyd olunan məsələlərlə bağlı, kollegiyanın qərar layihəsi qəbul olunub.

Naxçıvan MR-də ailə məişət zəminində hər hansı hüquqpozma və cinayət hadisəsi qeydə alınmayıb?--Daxili İşlər Nazirliyində kollegiya

  • 16-03-2019, 23:10
  • 65


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. YAP Əli İnsanova cavab verdi:“Onun dalınca heç kim getməyəcək”
  2. Şəhidlər Xiyabanında ucaldılan bayrağımızda kobud səhv
  3. Yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq-aprelin 1-dən
  4. Nazir müavini işdən çıxarıldı – Sərəncam
  5. “OĞLUMU LÜT SOYUNDURUB, ÜZÜNƏ, BƏDƏNİNƏ TÜPÜRÜBLƏR” – Tükürpədən açıqlamalar
  6. Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları (III yazı)
  7. Sabiq nazirin qardaşı azadlığa buraxıldı – Prokuror 12 il həbs istəmişdi
  8. Saakaşviliyə qarşı istintaq araşdırmasını yeniləyib- Ukraynada
  9. Ərdoğan “Washington Post” qəzetinə məqalə yazdı
  10. “Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib” – Penitensiar xidmət
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI