Politoloqdan açıqlama: “ Azularımızın gerçəkləşməsi üçün BÖYÜK GÜCƏ sahib olmaq lazımdır! ”

946 19-04-2019, 16:54 siyaset / gundem

Politoloqdan açıqlama: “ Azularımızın gerçəkləşməsi üçün BÖYÜK GÜCƏ sahib olmaq lazımdır! ”
Azərbaycan və Avropa Birliyi arasında imzalanması gözlənilən saziş mətninin bu günə qədər Azərbaycan ictimayyətinə məlum olmaması cəmiyyətimizdə sözü gedən sənəd ətrafında geniş diskusiyaların açılmasına səbəb olub. Azərbaycan xalqının təbii haqqıdır ki, sözü gedən sənəd haqqında nəinki geniş məlumatı olsun, həm də bu sənədlə bağlı irad və təklifləri saziş imzalanarkən nəzərə alınsın. Saziş iki tərəf arasında imzalanacağına görə təbii ki, maraqların və arzu istəklərin birtərəfli qaydada nəzərə alınması heç də doğru olmaz. Ona görə də sazişin hər iki tərəfin maraqlarını özündə əks etdirməsi daha ədalətlidir. Amma təəssüflər olsun ki, sazişin tərəflərindən biri olan Azərbaycanda da iki tərəf var. AZƏRBAYCAN XALQI və iqtidar! Saziş mətninin bu günə qədər ictimayyətdən gizli saxlanması bizim belə bir qənaitə gəlməyimizə əsas verir ki, sazişdə Azərbaycan xalqının strateji maraqları deyil, movcud iqtidarın siyasi maraqları əsas götrülüb. Saziş bu maraqlar çərçivəsində imzalanarsa nə baş verə bilər?!
Azərbaycan demokratik qüvvələrinin imzalanması gözlənilən sazişə münasibətini üç istiqamət üzrə qruplaşdırıb hər birini ayrı-ayrılıqda təhlil etmək istərdim.
Birinci istiqamət - Bəzi dostlar hesab edir ki, saziş imzalanmadan öncə Azərbaycanda Avropa Birliyinin əsas dəyərlərinə əməl edilərək bir sıra demokratik məzmunlu addımlar atılmalıdır. Yəni, sazişin layihəsinin razılaşdırılması mərhələsindən Azərbaycanın demokratikləşməsi üçün maksimum bəhrələnmək lazımdır. Dəyərli dostlar! Əgər, bunu etmək mümkün olsaydı və ya Azərbaycan demokratik qüvvələrinin buna gücü çatsaydı o zaman Azərbaycan və Avropa Birliyi arasında bu saziş deyil, Asossativ üzvülük sazişi imzalanardı. Demək ki, mövcud reallıqla Avropa Birliyi də barışaraq Azərbaycanla fərqli bir sazişin imzalanasına gediblər. Təbii ki, Avropa Birliyinin bu yanaşmasında geopolitik səbəblər də mühüm rol oynamamış deyil, amma görünür Avropa Birliyinin bu reallığı dəyərləndirməsindən Azərbaycan iqdidarı da maksimum öz hakimiyyət maraqları baxımından faydalanmağa çalışır. Ona görə də hesab edirəm ki, sazişin layihəsinin razılaşdırılması mərhələsindən Azərbaycanın demokratikləşməsi üçün maksimum bəhrələnmək arzumuz elə arzu olaraq qalacaq. Azularımızın gerçəkləşməsi üçün böyük arzulara deyil, BÖYÜK GÜCƏ sahib olmaq lazımdır!
İkinci istiqamət - Bəzi dostlarımız saziş mətnində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müddəanın öz əksini tapmamasını Qarabağ münaqişəsi acısından çox mühüm təhdid və diplomatik məğlubiyyət hesab edirlər. Əvvəla, asossativ üzvülük sazişindən fərqli olaraq bu saziş Azərbaycanın gələcəkdə Avropa Birliyinə üzvülüyü hədəfləmir. İki tərəf arasında strateji əməkdaşlığı nəzərdə tutur. Ona görə də bu sazişdə Azərbaycanın ərazi bütövlüyü mözusuna toxunulmaması heç də Azərbaycanın BMT tərəfindən tanınmış sərhədlərini şübhə altına ala bilməz! Dostların bu məsələdəki narahatçılığını anlayışla qarşılayıram. Könül istərdi ki, Azərbaycan iqtidarı daha çox milli maraqlarımızı güdərək bu sazişdə də bir daha ərazi bütüvlüyümüzün vurğulanmasına nail olaydı! Amma bu sazişdə ərazi bütövlüyümüz haqqında heç nə yazılmasa belə bu saziş Azərbaycanın BMT tərəfindən tanınmış sərhədlərini şübhə altına ala bilməz!
Üçüncü istiqamət - Bəzi dostlarımız isə belə hesab edir ki, sazişin hansı məzmunda imzalanmasından aslı olmayaraq imzalanması imzalanmamasından daha yaxşıdır. Yuxarıda da qeyd etdiyim kimi saziş iki tərəf arasında imzalandığı üçün hər iki tərəfin maraqları nəzərə alınmalıdır. Avropa Birliyinin maraqları Azərbaycan xalqının maraqları ilə üst-üstə düşdüyünə görə Avropa Birliyinə saziş layihəsinin imzalanması prosesini sürətləndirmək üçün çağrış edilməlidir.

Taleh Əliyev

XƏBƏR LENTİ