Keçmiş kəşfiyyat zabitindən sensasion açıqlama:"Zurabişvilinin həyasızcasına Azərbaycana torpaq tələbinə qarşı Azərbaycan dövləti əks tələblə çıxış etməlidir"

861 1-05-2019, 10:02 gundem

Keçmiş kəşfiyyat zabitindən sensasion açıqlama:"Zurabişvilinin həyasızcasına Azərbaycana torpaq tələbinə qarşı Azərbaycan dövləti əks tələblə çıxış etməlidir"
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl Gürcü siyasətçinin Azərbaycan əlehinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən, Borçalıda millətçi qurupların formalaşdırılmasının vacib olduğunu bildirib.

"Mən 8 il keçmiş Xanlar rayonu ərazisində DTK -nın əks kəşfiyyat tədbirlərini həyata keçirən zabit olmuşam. Yəni rayonun kuratoru olmuşam. Xanlar rayonu indiki Samux rayonu ilə bir yerdəydi. Samux bölgəsi Gücüstanla həmsərhəddi, təxminən 66 kilometr məsafədə. Sərhəd bölgəsi haqqında keçmiş materiallarda göstərilirdi ki, 1938-ci ildə hələ Mingəçevir SES tikilməzdən əvvəl, Alazan çayının vadisində Azərbaycana məxsus 20 min hektardan çox əkinə yararlı ərazi 10 il müddətinə Gürcüstana icarəyə verilib. 80-ci illər olmasına baxmayaraq, hələ icarəyə verilən 20 min hektardan çox ərazi geri qaytarılmadığı və xalqlar dostluğunun nümunəsi kimi qeyd edilirdi. Bu ərazi hələ də geri qaytarılmayıb. Zurabişvilinin həyasızcasına Azərbaycana torpaq tələbinə qarşı Azərbaycan dövləti əks tələblə çıxış etməlidir.
İkincisi, Borçalıda muxtariyyət tələbi ilə millətçi qrupların çıxışlarını gündəmə gətirmək lazımdır.Belə dəstələr yoxsa yaratmaq lazımdır.
İlham İsmayıl."

XƏBƏR LENTİ