“Mən Fuadı heç vaxt xatırlamıram, çünki...”

613 4-05-2019, 13:09 cemiyyet

“Mən Fuadı heç vaxt xatırlamıram, çünki...”“O, nəhəng sənətkar, dost, ailə başçısı, vətəndaş idi. İnanın belə də olur sən demə dünyada”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət dostu, qonşusu xalq artisti Fuad Poladov haqda danışarkən deyib. Qeyd edək ki, bu gün Fuad Poladovun vəfatından bir il ötür:

“Divardan bir xırda daş düşəndə o qədər də görünmür. Qabaqlar buna saldaş deyirdilər, onsuz ev tikmək mümkün deyildi, yəni o daşların arasındakı boşluqları bağlayırdı. Fuad həm həyatda, həm də sənətdə o yükü üzərinə götürən insan və şəxsiyyət idi. O, nəhəng sənətkar, dost, ailə başçısı, vətəndaş idi. İnanın belə də olur sən demə dünyada. Fuadı xatırlamıram, çünki onu unutmamışam ki, xatırlayam. Fuadı kim sevirsə, dərk edirsə, duyursa, onlar da mənim kimi Fuadı xatırlamırlar. Fuad o qəbil şəxsiyyətlərdəndir ki, o, unudulmur ki, xatırlansın. Fikirim iyirmi birinci əsrdə bir cür səslənə bilər, amma bizim nə vecimizə, biz öz həqiqətimizi, sevgimizi ortaya qoyuruq. Yusif Səmədoğlu sevdiyim insanlardan biridir. İkisinin də qəbiri nurla dolsun. Bir dəfə Y.Səmədoğluyla bağlı belə bir fikir demişdim və əslində bu Fuada da aiddir, fərq etməz. Demişdim ki, ay qağa, sənin yerin elə görünür-elə görünür, elə yerin böyük görünür ki, onda özümə yer tapa bilmirəm”.

XƏBƏR LENTİ