“Yalan danışırlar, Allah cəzalarını verəcək..”

623 21-05-2019, 17:12 cemiyyet

“Yalan danışırlar, Allah cəzalarını verəcək..”"Bunların ayrı məşğuliyyəti yoxdur, şeir yazmaq əvəzinə bizi ittiham edirlər”
Şair Salam Sarvanın müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin ünvanına ittihamlar səsləndirməsi qalmaqala səbəb olub. S.Sarvan müsahibəsi zamanı bildirib ki, qurum dövlətin ədəbiyyat naminə ayırdığı pulu havaya sovurur.

Məsələyə münasibət bildirən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca Moderator.az-a açıqlamasında deyib ki, bizi həmişə ittiham edib sonra da gəlib üzr istəyirlər:

“Azərbaycan Yazıçılar Birliyini ittiham edənlərin hamısı nə gəldi danışırlar, bunların məsuliyyət hissi yoxdur. Yalan danışıb sonra gəlib üzr istəyirlər, yalvarırlar. Allah cəzaların verəcək. Yalan danışmaqdan böyük cəza yoxdur. Buna mən neyləyə bilərəm ki? Pul məsələsi elə şeydir ki, prezident tərəfindən ayrılır və köçürmə yoluyla aidiyyatı olan sahələrə yönəldilir. Qoy bizi ittiham eləsinlər. Bunların ayrı məşğuliyyəti yoxdur. Şeir yazmaq əvəzinə bizi ittiham edirlər”


S.Sarvan isə müsahibəsində bu fikirləri səsləndirib:

“İnsafsızlıqdı, dövlətin ədəbiyyat naminə xoş niyyətlə ayırdığı pulu havaya sovururlar, ehtiyacı olmayanların cibinə basırlar, ətraflarına xərcləyirlər. Ədəbiyyatın inkişafı naminə heç nə eləmirlər. Mən AYB-nin üzvü deyiləm, ancaq indi xərclədikləri pulun içində mənim də maaşımdan, qonararımdan verdiyim verginin məbləği var. Düzdü, Azərbaycan Yazıçılar Birliyi uzun illərdir, ədəbi fəaliyyətlə yox, bank fəaliyyətilə, bankçılıqla məşğuldur. O boyda təşkilatın işi-gücü ancaq ildə bir dəfə təqaüd siyahısı hazırlayıb maliyyə qurumlarına təqdim etməkdən, dövlətin xoş niyyətlə ayırdığı pulu şübhəli formalarda yerbəyer eləməkdən, əmlakı kafe kimi icarəyə verməkdən ibarətdir...”

Vasif Əlihüseyn

XƏBƏR LENTİ