“Azərsu” ASC:"Bu ərazilərdə su kəsiləcək"

683 2-07-2019, 15:52 cemiyyet

“Azərsu” ASC:"Bu ərazilərdə su kəsiləcək"Ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında su bulanıqlığının həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb.
Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlığa görə “Azərsu” abonentlərdən üzr istəyir. /Lent.az

XƏBƏR LENTİ