İsveç XİN:"1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq çətindir"

760 6-07-2019, 11:50 cemiyyet

İsveç XİN:"1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq çətindir"İsveçin xarici işlər naziri Marqot Vallstrom keçirdiyi mətbuat konfransında deyib ki, onun ölkəsi üçün 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanımaq çətindir.

Xeberdar.net Anadolu agentliyinə istinadla xəbər verir ki, isveçli nazir qeyd edib: “Bizim üçün 1915-ci il hadisələrini ermənilərin və assuriyalıların soyqırımı kimi tanımaq mümkün görünmür. Bir ölkəyə qarşı soyqırımı iddiaları irəli sürmək üçün sizin əlinizdə tutarlı dəlillər olmalıdır”. Vallstrom əlavə edib ki, soyqırımı aktını beynəlxalq hüquq normaları çərçivəsində tanımaq üçün etibarlı mənbələr, şahid ifadələri və digər sübutlar olmalıdır.

Türkiyə Osmanlı imperiyası dövründə Anadolunun şərqində baş vermiş faciəli hadisələrin, erməni daşnak qruplarının Rusiyanın təcavüzü zamanı türklərə qarşı döyüşməsi fonunda cərəyan edən proseslərin sözdə “erməni soyqırımı” kimi tanınmasının əleyhinə çıxış edir. Ankara bəyan edir ki, həmin vaxt rus qoşunları və erməni quldurları tərəfindən də türk millətindən olan çoxlu sayda dinc insan qətlə yetirilib.

XƏBƏR LENTİ