Dunya Miyatoviç vəkillərlə və hüquq müdafiəçiləri ilə görüşüb

582 9-07-2019, 14:30 cemiyyet

Dunya Miyatoviç vəkillərlə və hüquq müdafiəçiləri ilə görüşübAvropa Şurasıınn insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycana səfəri çərçivəsində iyulun 9-da bir qrup hüquq müdafiəçisi, vəkil və vəkillikdən kənarlaşdırılan hüquqşünaslarla görüşüb. Görüşdə ölkədə insan hüquqlarının durumu, vəkillik fəaliyyəti, media azadlığı məsələləri diqqət mərkəzində olub.

Vəkil İradə Cavadova Turan-a bildirib ki, görüşdə çox ciddi məsələlərə toxunulub. “Vəkillərin Vəkillər Kollegiyasından kənarlaşdırılmasının səbəblərindən danışdıq. Bəzi vəkillər bank hesablarının bağlanması ilə bağlı iradlarını bildirdi. Bəzi vəkillərə lüzumsuz yerə tənbeh, töhmət verilməsi, səbəbsiz yerə fəaliyyətinin dayandırılması, hüquq- mühafizə orqanlarının müraciəti əsasında vəkillərə qarşı başlanan inzibati icraat məsələləri müzakirə olundu”, – o qeyd edib.

D.Miyatoviç bu məsələləri hökumət qurumları qarşısında qaldıracağını vəd edib. Bundan əlavə, bir neçə ay ərzində bu problemləri əhatə edəcək hesabat hazırlayacaq.

“İnsan hüquqlarını müdafiə edən vəkillərin əl-qolunu bağlamaq olmaz. Vəkillər ən azı işgəncələrlə, insan hüquqlarının pozulması ilə bağlı dövlət orqanları qarşısında qaldırdığı məsələlərə reaksiya verilmədikdə media qarşısında çıxış etməlidir. İndi Vəkillər Kollegiyası vəkillərin media ilə işləməsinə faktiki qadağa qoyub. Bunun qarşısı alınmalıdır”, -İ.Cavadova bildirib.

Son illər Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üzrə ixtisaslaşan hüquqşünaslar vəkillik fəaliyyətindən kənarlaşdırılıb: Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərləri. Bəzisinin barəsində intizam tədbirləri görülüb, o cümlədən 1 il müddətinə işdən kənarlaşdırılıb

XƏBƏR LENTİ