Geni modifiksiya olunmuş 30 bitki növü açıqlandı – SİYAHI

567 10-07-2019, 14:52 cemiyyet

Geni modifiksiya olunmuş 30 bitki növü açıqlandı – SİYAHI“Bəzən saxta reytin üçün istehlak olunan bütün qida məhsullarının guya GMO-lu olduğunu bildirən ekspertlər nəzərə almalıdırlar ki, hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növləri sayı cəmi 30-dur”.

Bunu açıqlamasında Azərbaycan Qida Təhlküəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi Mansur Piriyev bildirib.

M.Piriyev bu cür məlumat yayanlara müraciət edərək “genetik modifikasiyası dünya üzrə həyata keçirilməmiş məhsul necə mövcud ola bilər” sualını ünvanlayıb.

Qurum rəsmisi sözlərinə bu cür davam edib:

“Ümumdünya Səhiyyə təşkilatı (WHO) geni modifikiasiya edilmiş bitkilərinin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş təsiri aşkar olunmayıb. Avropa komisiyyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat proyekti zamanı GMO – nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmamışdır. Hal-hazırda da dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur”.

AQTA rəsmisi geni modifikasiya olunmuş bitki növlərinin siyahısını da açıqlayıb:

Pomidor (Lycopersicon esculentum) Kanada, Çin, Meksika, ABŞ
2. Yemiş (Cucumis melo) ABŞ
3. Alma (Malus x Domestica) Kanada, ABŞ
4. Kartof (Solanum tuberosum L) Rusiya
5.Əkin yoncası (Medicago sativa)
Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ
6. Lobya (Phaseolus vulgaris) Brazilya
7. Pambıq (Gossypium hirsutum L.) Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Svaziland
8. Badımcan (Solanum melongena) Bangladeş
9. Kətan (Linum usitatissimum L.) Kanda, Kolumbiya, ABŞ
10. Qarğıdalı (Zea mays L.) Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya
11. Gavalı (Prunus domestica) ABŞ
12. Raps (Brassica rapa) Kanada
13. Düyü (Oryza sativa L.) Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ
14. Qızıl gül (Rosa hybrida)
Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ
15. Saflor (Carthamus tinctorius L.) Avstraliya
16. Soya (Glycine max L.)
Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam
17. Balqabaq (Cucurbita pepo) Kanada, ABŞ
18. Şəkər çuğunduru (Beta vulgaris) Avstraliya, Kanada, Çin, Kolumbiya, AB,Yaponiya, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ
19. Şəkər qamışı (Saccharum sp) Brazilya, Kanada, İndoneziya, ABŞ
20. Şirin bibər (Capsicum annuum) Çin
21. Tütün (Nicotiana tabacum L.) AB, ABŞ
22. Yumşaq buğda (Triticum aestivum) Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ
23. Kanola (Brassica napus) Avstraliya, Kanada, Çili, Çin,AB, Malaziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Taivan, ABŞ
24. Qərənfili (Dianthus caryophyllus) Avstraliya, Kolumbiya, AB, Yaponiya, Malaziya, Norveç
25. Adi kasnı (Cichorium intybus) ABŞ
26. Sürünən tarlaotu (Agrostis stolonifera) ABŞ
27. Evkalipt (Eucalyptus sp.) Brazilya
28. Papaya (Carica papaya) Kanada, Çin, Yaponiya, ABŞ
29. Petunya (Petunia hybrida) Çin
30. Qovaq (Populus sp.) Çin.

XƏBƏR LENTİ