Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydıİyulun 13-də axşam və 13-dən 14-nə keçən gecə dağlıq və dağətəyi rayonlarda leysan xararterli intensiv yağış yağacağı gözlənilir. Dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, Gədəbəy və Göygöldə dolu düşüb, qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

Küləyin maksimal sürəti Gəncə və Naftalanda 34 m/s, Tərtərdə 30 m/s, Tovuzda 26 m/s, Bərdədə 25 m/s, Mingəçevirdə 24 m/s, Şəmkirdə 22 m/s, Göyçay və Yevlaxda 21 m/s, Nabranda 20 m/s, Neftçala və Ağstafada 18 m/s, Zaqatalada 15 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 17-23 m/s, arabir 26-28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4,7 metrə çatıb.

Düşən yağıntının miqdarı Göygöldə 18 mm, Qusarda 6 mm, Sarıbaş (Qax), Tərtərdə 4 mm, Yevlaxda 3 mm, Xınalıq və Qubada 2 mm, Qırız, Bərdə, Mingəçevir, Naftalan, Balakən, Oğuz, Zaqatala, Şəki (Kişçay) və Daşkəsəndə 0-1 mm olub.

Göygöl və Hacıkənddə diametri 15 mm, Gədəbəydə diametri 11 mm, Gəncədə isə xırda dənəli dolu düşüb.

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı

  • 13-07-2019, 11:50
  • 91


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox!
  2. Övladının günahını valideynlərindən çıxan riyakar” Qəhrəman ” lar
  3. Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
  4. Zakir Fərəcovun birinci müavini qoçuluq edir... - “Bizi işdən çıxarmaqla hədələyir...“
  5. Mirvarid Dilbazi yad edilib
  6. GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)
  7. Baş Prokurorluq və DİN Goranboydakı hadisəylə bağlı birgə məlumat yaydı
  8. İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."
  9. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı
  10. “Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTAT
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI