Mirvarid Dilbazi yad edilib

1 113 14-07-2019, 02:15 cemiyyet

Mirvarid Dilbazi yad edilibİyul ayının 12-də Azərbaycanın xalq şairi Mirvarid Dilbazi məzarı başında yad edilib. Xatırladaq ki, Mirvarid xanım 2001 – ci ilin bu günündə dünyasını dəyişib. Anım günü münasibətilə şairin ruhuna ehtiram olaraq Azərbaycanın bir qrup ziyalıları qəbrini ziyarət etdilər, gül dəstələri qoydular. Anım mərasimində xalq şairimizin qızı Xatirə xanım və yaxın qohumları, eyni zamanda prafessor Qüdrət İsaqov, şair-dramaturq Hacı Zaməddin Ziyadoğlu, “Mişov” dərgisinin təsisçisi və baş redaktoru şair-publisist Akşin Ağkəmərli, tarix instutunun direktor müavini Əli Məhərrəmov, Slavyan Universitetinin professoru Valeh Nəsibli, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, şair-publisist Rəfail İncəyurt, gənc şair Nuranə Təbriz, şair Xalidə İlyas, Südabə İrəvanlı və s. çıxış edib xatirə sözlərini söylədilər. Bu günkü ziyarət Mirvarid Dilbazi Məclisinin sədri şair-publisist Güllü Eldar Tomarlının təşkilatçılığı ilə keçirildi.
Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, ömrünü poeziyamızın daha da nurlanması naminə pay- paxac edən Azərbaycanın xalq şairi Mirvarid Dilbazi həm çox dəyərli bir şair, həm müqəddəs bir ana, həm də bu vətənin qürur simvolu kimi yaddaşlara yazılıb. Onun aydan arı, sudan duru poeziyası xalq ruhunun ləli- cövhəridi, şeirləri dillər əzbəri, mahnılar bəzəyi olub. Uşaq şeirləri körpə balalarımızın dilinin daha səlis olmasına kömək olub.
Vətənpərvərlik mövzusunda yazdığı yüzlərlə şeiri Azərbaycan ordusuna ruh, ilham vermişdi.
Bir yanı müqəddəs Hacımahmud əfəndi ( Hajəfəndi), bir yanı Dilbazilər ocağının saflılığı olan Mirvarid Dilbazi poeziya sevərlərin, din və imam əhlilərinin yaddaşına əbədi həkk olub.
Ulu öndərimiz Heydər Əliyevin sevdiyi şair olub Mirvarid Dilbazi.
Ulu öndərin sərəncamı ilə ilk “İstiqlal” ordeni ilə təltif olunanlardan biri də xalq şairi Mirvarid Dilbazi olub.
Sonda Xatirə xanım və Güllü xanım gələn ziyarətçilərə öz dərin təşəkkürlərini bildirdi.

MƏNBƏ:MİRVARİD DİLBAZİ MƏCLİSİ

Qüdrət İsaqova bu yazı üçün təşəkkür edirik:

Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin anım günüdür.

Mirvarid Dilbazi Azərbaycan tarixində Məhsəti Gəncəvi, Xanqızı Natəvan kimi böyük şairədir.

Mirvarid Dilbazi yaradıcılığının poetik diapazonuna görə Azərbaycan tarixində özündən əvvəlki, öz dövründəki və özündən sonrakı şairələrdən daha yüksək zirvədə durur.

Mirvarid Dilbazi yaradıcılığında şeirin möhtəşəmliyi ilə incəliyi, sadəliyi və axıcılığı vəhdət təşkil edir.

Mirvarid Dilbazi şeirlərinin möhtəşəmliyi ilə incəliyi, sadəliyi və axıcılığı arasındakı vəhdətə və harmoniyaya görə Azərbaycan poeziyasının klassiklərindəndir.

Azərbaycanda hamı Mirvarid Dilbazi şeirlərini sevir.

Mirvarid Dilbazi insanlara nümunə olan bir insan, analara nümunə olan bir ana, sairlərə nümunə olan bir şair idi.

Mirvarid Dilbazi el anası idi.

Mirvarid Dilbazinin şeirlərini oxuyanda insanın vətənə məhəbbəti artır. İnsan vətəni daha çox sevir. İnsan vətənin gözəlliyini daha çox duyur.

Yuxarıda göstərilən keyfiyyətlərinə görə Mirvarid Dilbazi 20-ci əsrin dahi şairləri Səməd Vurğun, Hüseyin Cavid, Mikayıl Müşfiq, Əliağa Vahid və digərlərinin cərgəsini böyük şairə olaraq tamamlayır.

Allah Mirvarid Dilbazini bir qadın olaraq yaratsa da, onu dahi şairlərimizin cərgəsinə bir kişi kimi göndərmişdi.

Mən fəxr edirəm ki, dəfələrlə Mirvarid xanımın evində olmuşam.

Fəxr edirəm ki, Mirvarid Dilbazinin gözəl və misilsiz şeirlərini onun öz dilindən eşitmişəm.

Mən fəxr edirəm ki, Mirvarid xanımın öz əli ilə mənə verdiyi çayı içmişəm, çörəyini yemişəm.

Çıxışımın sonunda böyük şairəmiz Mirvarid xanıma Allahdan rəhmətlər diləyirəm. Məkanı Cənnət olsun!

Daha sonra Facebookda Mirvarid Dilbazi Məclisi profilini yaradan, Mirvarid Dilbazi Məclisinin sədri Güllü Eldar Tomarlı xanıma bu nəcib işinə görə təşəkkürlər edirəm, xoşbəxtlik, can sağlığı və uğurlar arzulayıram!

Prof.Dr. Qüdrət İsaqov

İLKİN MƏNBƏ:Poeziyamızın klassiklərindən Mirvarid Dilbazini anım günüdür

USTAC.AZ

XƏBƏR LENTİ