“Dostluq sonradan tanışlıqla olur, biz qardaşıq” - Ərdoğanın partiyasından Elçibəy mesajı + FOTO

807 23-08-2019, 13:43 gundem

“Dostluq sonradan tanışlıqla olur, biz qardaşıq” - Ərdoğanın partiyasından Elçibəy mesajı + FOTOTürkiyənin hakim partiyası AK Partiyanın sədr müavini və partiya sözçüsü Mahir Ünal tvitter hesabından Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin vəfatının 19-cu ildönümü ilə bağlı mesaj yayıb.

Avropa.info xəbər verir ki, Mahir Ünal Elçibəyin “Yəmən türküsü” ifa etdiyi bir videonu paylaşaraq bunları yazıb: “Bir türkü sizə eyni duyğuları yaşadır və gözyaşlarınızı axıdırsa bu bir qardaşlıq göstəricisidir. “Biz dostuq” deyildiyində, “Dostluq sonradan tanışlıqla olur, biz qardaşıq” cavabını verən Əbülfəz Elçibəy və yəmən türküsünü oxuyan Şükrü Karaca ağabəyim, məkanınız cənnət olsun.”
“Dostluq sonradan tanışlıqla olur, biz qardaşıq” - Ərdoğanın partiyasından Elçibəy mesajı + FOTO

XƏBƏR LENTİ