6 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edildi, bir hakim vəzifədən azad olundu –Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

650 18-09-2019, 16:04 cemiyyet

6 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edildi, bir hakim vəzifədən azad olundu –Məhkəmə-Hüquq Şurasının iclası keçirilibMəhkəmə-Hüquq Şurasının iclası keçirilib.

İclasda Şura tərəfindən hakimlər barədə başlanılan intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına və korrupsiyaya şərait yaradan, süründürməçiliyə və digər neqativ hallara yol verdiklərinə görə 6 hakim intizam məsuliyyətinə cəlb edilib.

O cümlədən, Bərdə rayon məhkəməsinin hakimi Seyfəli Seyfullayevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərar qəbul edilib.

Ciddi nöqsanlara yol verən bəzi hakimlərin fəaliyyətinin yerində öyrənilməsi qərara alınıb. /Report

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс

XƏBƏR LENTİ