"Qobustan rayonunda aksiya keçirilib"

1 180 17-11-2019, 17:56 cemiyyet / hadise / bolge / gundem

"Qobustan rayonunda aksiya keçirilib"
"Qobustan rayonunda aksiya keçirilib"

Qobustanda yollar satılır

Qobustan rayon sakinləri artıq 10 ildən çoxdur ki, məskunlaşdıqları Yeni Yaşayış Massivində yolların satıldığını iddia edirlər.

Vətəndaşlar bildirir ki, həftə sonları gecə saat 19:00-dan sonra gəlib yolları ölçüb ayrı-ayrı şəxslərə satırlar.

Sakinlər həmin yoldan qaz, işıq, FHN-nin qəza xətlərinin kəçdiyini, yola açılan qapı və pəncərə qoyulduğunu bildirsələr də, rayon bələdiyyə sədri Vasif Novruzov xətlərin söküləcəyini qapı və pəncərələrin bağlanacağını bildirir.

Rayonun memarı Məzahir Əliyev yolların zərurətdən dolayı satıldığını deyir. Qobustan rayon icra nümayəndələri isə orda heç bir tikinti olmadığını yolların satılmadığını iddia edir. Rayon icra başçısı Adil Məmmədov qeyd edir ki, orda hər hansı bir tikinti varsa dərhal sökülüb yol istifadəyə veriləcək. Amma buna baxmayaraq satılan yolda tikinti davam edir.

XƏBƏR LENTİ