Rüfət Muradlı : "Bu etirazlar sırf milli-etnik motivli olmadığı üçün məsələyə tək Güney Azərbaycan prizmasından baxmaq yanlış sonuc almamıza səbəb olar"

Rüfət Muradlı : "Bu etirazlar sırf milli-etnik motivli olmadığı üçün məsələyə tək Güney Azərbaycan prizmasından baxmaq yanlış sonuc almamıza səbəb olar"
Noyabrın 15-dən etibarən İranda internet tamamilə kəsildiyindən, qonşu respublikada baş verənlər, aksiyalar və repressiyalarla bağlı yayılan xəbərlərdə ziddiyyətlər var.

Qonşu ölkədə sərbəst informasiya mübadiləsinin blokadaya alınmasına baxmayaraq, müxtəlif yollarla yayılan xəbərlərdə ölkənin bir sıra şəhərlərində molla rejiminə qarşı xalq üsyanının davam etməsi barədə məlumatlar yayılır. Gunaz.tv-nin xəbərinə görə, son günlər ölkənin müxtəlif şəhər və bölgələrində rejim qüvvələrinin birbaşa atəşi nəticəsində güllə yarasından həlak olan dinc etirazçıların sayı 251 nəfərə, yaralananların sayı 3700 nəfərə, həbs edilənlərin isə sayı 7 min nəfərə çatıb. Rejim qüvvələrinin küçələrdə qətlə yetirdiyi etirazçılar arasında qadınlar və yeniyetmələr də var.
Bildirilir ki, ölkənin müxtəlif şəhərlərində əsas küçə və meydanlar polis və təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülməsinə baxmayaraq, etirazlar noyabrın 20-də Xuzistan əyalətinin bir sıra şəhərlərində, Şirazda və bəzi digər əyalətlərdə davam edib. Hazırda ölkədə elan edilməmiş fövqəladə vəziyyətin hökm sürdüyü bildirilir. Həmçinin son günlər İranın müxtəlif şəhərlərində hökumət qüvvələri tərəfindən qətlə yetirilən yüzlərlə etirazçının adları tədricən hüquq müdafiəçiləri tərəfindən mediaya açıqlanır.

Qeyd olunur ki, etirazlarda yaşanan qarşıdurmalar zamanı ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət və xurafat mərkəzi olan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.
Ümid Partiyasının sədr müavini Rüfət Muradlı “Yeni Müsavat”a bildirdi ki, İrandakı olayları sırf benzinin qiymətinin qalxmasına etirazlar kimi dəyərləndirmə yanlış olardı: “İranda kifayət qədər siyasi, iqtisadi, mədəni, etnik problemlər var. Hətta dini problemlər... Ölkə konstitusiyasında şiə təriqətinə mənsub olmayanların ölkənin ən yüksək vəzifələrinə seçilmək imkanının olmaması ilə bağlı konkret maddə var. Milli məsələdə ana dilində təhsildən məhrum edilən soydaşlarımız da ağır diskriminasiyaya uğrayıblar. İqtisadi etirazlara gəlincə isə bu əsnada əsas kütləvi etirazlar 2017-ci ilin dekabrından başladı, ondan sonra isə durum daha da ağırlaşdı. 2018-ci ilin yazından xarici valyutanın üç dəfə bahalaşmasından sonra ölkədə görünməmiş bahalaşma baş qaldırdı, əhalinin durumu anbaan pisləşdi”. R.Muradlı qeyd etdi ki, bu narazılıqlar fonunda benzinin qiymətinin qaldırılması tarıma çəkilən əsəbləri daha da gərginləşdirdi və son olaylar baş verdi: “Olayların əsas mərkəzi neftlə münbit Xuzistan ostanıdır. Onlar neftin üzərində yaşamalarına baxmayaraq, ağır maddi durumdadırlar. Xürrəmşəhr, Abadan, Əhvaz, Mahşəhrdə ciddi sayda insan tələfatı səbəb olan aksiyalar baş verib. Ən çox tələfatı qeydə alındığı şəhərlərə Mərivan, Cavanrud, Şahr Sədra, Behbehanı da göstərə bilərik ki, ölkənin ayrı-ayrı nöqtələrində qərar tutublar”.

Ümid rəsmisi qeyd etdi ki, soydaşlarımız da bu etirazlarda səssiz qalmayıblar: “Təbriz, Urmu və başqa şəhərlərdə etirazlar olub ki, Təbrizdə soydaşımız Əli Hüseyni qətlə yetirilib. Bu etirazlar sırf milli-etnik motivli olmadığı üçün məsələyə tək Güney Azərbaycan prizmasından baxmaq yanlış sonuc almamıza səbəb olar. Amma 83 milyon əhalinin əksəriyyətinin əsas şüarları artıq iqtisadi deyil, birbaş siyasi, mövcud quruluşa qarşı yönəlib. Hətta inqilabın banisinin, hazırkı rəhbərin şəkilləri, onları simvolizə edən abidələr belə oda çəkilib. Əhali daha çox Tehran rejiminə ölkə sərvətlərini Suriya, İraq, Livan, Venesuela, Boliviyada ideoloji məqsədlə xərclənməsinə etiraz edir. Ölkənin interneti tam kəsildiyi üçün informasiya imkanları da məhduddur. Amma hazırda ağır repressiv durum hökm sürür. Bu gün silahlı qüvvələrin baş komandan müavini Əli Səidinin İslam İnqilabı rəhbərinə istinadla verdiyi bəyanat özü də hələ repressiyaların davam edəcəyinə işarə idi. Amma görünən budur ki, mövcud hakimiyyət üçün idarəetmə baxımından bundan sonrakı durum daha ağır olacaq”.

Xeberdar.net

Rüfət Muradlı : "Bu etirazlar sırf milli-etnik motivli olmadığı üçün məsələyə tək Güney Azərbaycan prizmasından baxmaq yanlış sonuc almamıza səbəb olar"

  • 23-11-2019, 11:12
  • 200


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  7. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Şənbə gününün hava proqnozu açıqlanıb
  10. Deputatların əlavələrlə birlikdə aldığı məvacib - Kimə nə qədər düşür?
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI