Federasiya prezidenti həbs edildi

10 704 27-02-2020, 17:05 idman

Federasiya prezidenti həbs edildi
Kosovo Futbol Federasiyasının prezidenti Aqim Ademi həbs olunub.

Xeberdar.net “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, rüşvət verməyə cəhd etdiyi üçün 9 ay müddətinə azadlıqdan məhrum edilib.

2012-ci ildə Ademi və yaxın dostu daşınmaz əmlakla bağlı saxta sənədlər Priştinadakı bələdiyyədən 30 min avro və ya maşın müqabilində almağa çalışıblar.

Aqim Ademi 2018-ci ildə Kosovo Futbol Federasiyasının sabiq rəhbəri Fadil Vokrrinin qəfil vəfatından qurumun prezidenti olub. 58 yaşlı funksioner daha öncə federasiyada vitse-prezident idi.

XƏBƏR LENTİ