Onlar MM-də komitə sədrləri seçildi –SİYAHI

808 10-03-2020, 13:22 gundem

Onlar MM-də komitə sədrləri seçildi –SİYAHI
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və Regional məsələlər komitəsinə yeni sədrlər seçiliblər.

Hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov isə Regional məsələlər komitəsinin rəhbəri seçiliblər.

YAP-çı deputat Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, hakim partiyadan olan deputat Musa Quliyev isə Əmək və sosial siyasət komitəsinin sədri olublar.

YAP-çı deputat Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri seçilib.

YAP üzvü Səməd Seyidov yenidən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olub.

Hakim partiyanı təmsil edən deputat Əhliman Əmiraslanov yenidən Səhiyyə komitəsinin sədri seçilib.

Bitərəf deputat Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri olub.

Milli Məclis sədrinin yeni müavini, bitərəf deputat Adil Əliyev Gənclər və idman komitəsinin rəhbəri seçilib.

Bitərəf deputat Bəxtiyar Əliyev parlamentin Elm və təhsil komitəsinin sədri seçilib.

XƏBƏR LENTİ